Mount "Çelsi"dən ayrıldığını elan etdi: "Karyeramın bu nöqtəsində ehtiyacım olan şey budur"
Meyson Maunt "Çelsi"dən ayrıldığını açıqlayıb.
Futbolçunun "Mançester Yunayted"ə keçəcəyi gözlənilir.
“Son altı ay ərzindəki fərziyyələri nəzərə alsaq, bu sizin üçün sürpriz olmaya bilər, lakin bu, “Çelsi”dən ayrılmaq qərarına gəldiyimi elan etməyi asanlaşdırmır.
Düşündüm ki, siz sadəcə yazılı açıqlamadan daha çox şeyə layiqsiniz, ona görə də sizə son 18 il ərzində göstərdiyiniz dəstəyə görə necə minnətdar olduğumu demək istəyirəm. Bilirəm ki, bəziləriniz mənim qərarımdan məmnun olmayacaq, amma karyeramın bu nöqtəsində mənə lazım olan budur.
Altı yaşım olanda “Çelsi”yə gəldim və biz birlikdə çox şeylərdən keçdik: Gənclər Kubokunu, İlin Oyunçusu mükafatını, Super Kuboku, Klublararası Dünya Kubokunu qazandıq. Və təbii ki, Çempionlar Liqasını apardığımız zaman unudulmaz bir gecə oldu... Sizə ən yaxşısını arzulayıram”, - deyə Mount Blues azarkeşlərinə müraciətində bildirib.
Daha əvvəl Mauntun transferinin "Mançester Yunayted"ə 55+5 milyon funta başa gələcəyi bildirilirdi. Yarımmüdafiəçinin maaşı bonuslar daxil olmaqla həftəlik 250-300 min funt-sterlinq arasında olacaq.
2022/23 mövsümündə Maunt Premyer Liqada 24 oyuna çıxıb və 3 qol vurub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.