AĞIRLIQQALDIRMA
-------------------------------
Аtletimiz Amin Osmanov AÇ-da 1 kişik qızıl və 2 gümüş medal qazanıb
İyulun 1-də Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında startı verilən ağır atletika üzrə Avropa birinciliyi davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, bu yarışda azərbaycanlı atletlər də daxil olmaqla, 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) mübarizəyə qatılıb.
Yarışın 3-cü günü təmsilçilərimizdən Amin Osmanov körpücük üzərinə çıxaraq. öz bacarığını nümayiş etdirib. Amin yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb. “Göyəzən” Ağır Atletika Klubunun yetirməsi olan atletimiz birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyərək kiçik qızıl medal qazanıb.
Təəssüflər olsun ki, atletimiz təkanla qaldırmada eyni uğura imza ata bilməyib. O, bu hərəkətdə 117 kq-ı başı üzərinə qaldırımaqla yalnız ikinci ola bilib ki, bu da ona kiçik gümüş medal qazandırıb. Amin Osmanov iki hərəkətin cəmində isə toplam 216 kq (99+117) nəticə göstərib. Bu nəticə ilə Osmanov yekun sıralamada ikinci yeri tutmaqla gümüş medala layik görülüb.
Xatırladaq ki, Osmanovdan öncə körpücük üzərinə çıxan atletlərimizdən Nuray Əbilova yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparıb və toplam 89 kq (40+49) nəticə ilə 8-ci yeri tutub.
Murad Həsənli isə yaşı 15-ə qədər olan oğlanlar arasında 49 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplam 150 kq (65+85) nəticə göstərməklə 7-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan 15 yaşlı oğlanların yarəşəna 5, qızların yarışına isə 3 atletlə qatılıb. 17 yaşlı oğlanlar arasında isə ölkəmiz 3 idmançı ilə təmsil olunur.
ASvropa çempionatəna iyulun 10-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.