OLİMPİZM
----------------------
Azərbaycan 3-cü Avropa Oyunlarında 11 medalla 24-cü yeri tutub
İyunun 20-dən iyulun 2-dək Polşanın Krakov şəhərində 3-cü Avropa Oyunları keçirilib. 12 gün davam edən bu möhtəşəm turnirdə Azərbaycan idmanın 14 növündə 101 idmançı ilə təmsil olunub. İdmançılarımız Oyunlarda 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlı olmaqla 11 medal qazanıb. Bu isə Azərbaycana medal sıralanmasında 41 ölkə arasında 24-cü olmaq imkanı verib. Oyunlarda birinci yeri İtaliya (35-26-39), ikinci yeri İspaniya (21-17-19), üçüncü yerisə Ukrayna (21-12-8) tutub.
Azərbaycan yığmasının aktivinə yazılan medallara gəlincə, qızılları bütün görüşlərini qələbə ilə bitirən Tural Ağalarzadə (68 kq), İrina Zaretska (68 kq. hər ikisi karate) və kikboksçu Fərid Ağamoğlanov (63,5 kq, ful-kontakt) qazanıb. Gümüşlər yalnız həlledici finalda büdrəyən Səyad Dadaşovla (54 kq, taekvondo) Məhəmməd Abdullayevin (+92 kq. boks) payına düşüb. Bürünc medalları isə Asiman Qurbanlı (+84 kq, karate), Həşim Maqomedov (68 kq, taekvondo), Aysu Dəvrişova (57 kq), Emili Rzayeva (63,5 kq), Xəyal Əliyev (67 kq. hər üçü muay-tay ustası) və Murad Allahverdiyev (80 kq, boks) qazanıb.
Xatırladaq ki, 2015-ci ildə Bakıda təşkil edilən 1-ci Avropa Oyunlarında Azərbaycan 1-ci. 2019-cu ildə Minskdə (Belarus) keçirilən 2-ci Oyunlarda Azərbaycan ilk onluğu tamamlamışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.