OLİMPİZM
-------------------------------------
Kikboksçumuz Fərid Ağamoğlanov 3-cü Avropa Oyunlarının qalibidir
Məhəmməd Abdullayev Avropa Oyunlarında ikinci yeri tutub
İyunun 20-də Polşanın Krakov şəhərində startə verilən və Azərbaycanın da 14 idman növündə 101 idmançı ilə təmsil olunduğu 3-cü Аvropa Oyunlarına bu gün yekun vurulub. Oyunların son günü idmançılarımız bir qızıl, digəri gümüş əyarlı olmaqla daha iki medal qazanaraq yəğmamızın aktivindək xalların sayını 11-ə çatdırıb. Qızıl medal bütün döyüşlərini qələbə ilə başa vuran kikboksçumuz(full-kontakt) Fərid Ağamoğlanovun (63,5 kq), gümüş isə yalnız həlledici finalda büdrəyən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevin (+92 kq) payına düşüb. Fərid həlledici finalda İtaliya təmsilçisi Domiano Tramontanonu 360 hesabla məğlub edib. Abdullayevə gəlincə, o, finalda üzləşdiyi Böyükbritaniya boksçusu Delişes Ori ilə döyüşdə açıq-aşkar məğlub olub - 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27). Xatırladaq ki, Abdullayev finala qədər ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gəlmişdi. Abdullayev bu uğrğ ilə yanaşı həm də Paris-2024 Olimpiadasına lisenziya da qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.