TENNİS. UİMBLDON
---------------------------
"Uimbldon"un hazırki qalibi Novak Çokoviç startda Pedro Kaçinlə qarşılaşacaq
Cokoviçin gözü Böyük Dəbilqədən doymur
İyunun 26-da Böyük Britaniyanın paytaxtı Londonda təsnifat mərhələsinə start verilən və mükafat fondu 44.700.000 funt sterlinq təşkil edən "Uimvldon" turnirinin əsas yarışları iyulun 3-də başlayacaq. Maraqlıdır ki, Böyük Dəbilqə seriyasından olan bu turnirin əsas yarışlarına turnirin hazırkı qalibi və dünyanın 2 nömrəli raketka ustası olan Novak Cokoviçin (Serbiya) Pedro Kaçinə qarşı oyunla start veriləcək. Qaşılaşma sabah saat 15:00-da Mərkəzi kortda başlanacaq.
Maraqlıdır ki, hazırda dünya reytinq cədvəlində ikinci olan və Böyük Dəbilqə turnirlərində qalib sayına görə rekordçu olan Cokoviç "Uimvldon"u yenidən udmaq istəyir. O, bununla həm Böyük Dəbilqədəki titullarının sayını daha da artırmaq və hazırkı çempionluq titulunu özündə saxlam niyyətindədir. "Mən hələ də Böyük Dəbilqədən doymamışam. Acam. Ona görə də mənim hələ də bu qəbildən olan turnirləri udmaq və nəticələrimi daha da yaxşılaşdırmaq istəyirəm. Əgər bu istək və arzu azalarsa. onda yanaşmam da dəyişəcək. Amma hazırda arzuklarım qaynamaqdadır" - Cokoviç "Uimbldon" şncəsi belə deyib.
Serbiyalı peşəkar tennisçi Novak Cokoviç hazırda Peşəkar Tennis Assosiasiyası (ATR) tərəfindən təklər üzrə dünya 2-ci yerdədir. Cokoviç 12 müxtəlif il ərzində rekord 389 həftə ərzində dünya 1-cisi olub və 7 dəfə birinci pilləyə qalxmaqla da rekord nəticə göstərib. O, Böyük Dəbilqəni 23 dəfə udmaqla da öndədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.