GÜLƏŞ
----------------------------------
Daha iki güləşçimiz AÇ-nın finalına yüksəlib
Ruslan Abdulayevsə Avropa çempionu olub
Santyaqo-de-Komposteledə (İspaniya) 20 yaşlı (U-20) güləşçilər arasında keçirlən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa şempiontına bu gün yekun vurulacaq. Çempionatın dünənə təsadüf edən 6-cı günü 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da ikisi - Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) finala yüksəlib. Finalçılarımızdan Ceyhun bu gün həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla, Yusif isə finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gələcək. Daha bir təmsilçimiz - Tüymur Gülməmmədovsa (86 kq) bu gün bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Dünən axşam saatlarında isə güləşçilərimizdən Ruslan Abdullayev (57 kq) final görüşünü də qələbə ilə bitirərək Avropa çempionu olub. Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyevsə (97 kq) Avropa çempiontaını 3-cü pillədə başa vurmaqla bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan komandası ümumi hesabda medallarının sayınə 13-ə (3-3-7) çatdırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.