BASKETBOL. 3X3. Dünya Qadın Seriyası
-------------------------------------------------
"Neftçi" DQS-nın 9-cu mərhələsinə başlayır
Azərbaycan yığması isə Marseldə fiaskoya uğrayıb
Bu gün İzrailin Netani şəhərində 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının 9-cu mərhələsinə start veriləcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan təmsçilçisi "Neftçi" klubu da iştirak edəcək. Qeyd edək ki, turnirin Şuşa mərhələsinin qalibi adını qazanan və heyəti Erika Karter, Briana Freyzer. Aleksandra Mollenxauer və Dina Ulyanovdan ibarət olan təmsilçimiz Nollandiya. Litva yığması və Macarıstanın "Dyor" klubu ilə bir qrupda mübarizə aparacaq. "Neftçi"nin iştirakı ilə keçiriləcək qrup oyunlarının təqvimi belədir:
Saat 18:25. Hollandiya - "Neftçi":
Saat 20:15. "Neftçi" - "Dyor";
Saat 22:05. Litva - "Neftçi".
Turnirin digər qrupunda isə Çin, Çexiya. İzrail yığması və Çinin "Yuanda" klubu yer alıb. Reqlamentə göə, qruplarda birinci yeri tutan komandalar birbaşa yarımfinala yüksələcək. Qruplarda 2-3-cü yerlər tutanlar isə mübarizəni 1ə4 finaldan davam etdirəcəklər.
Xatırladaq ki, geridə qalan 8 mərhələdən sonra "Neftçi" 183 xalla 6-cı, Azərbaycan yığması isə 108 xalla 17-ci yerdədir.
Yeri gəlmişkən, Azərbaycan yığması isə 29-30 iyun günlərində Marseldə ((Fransa) təşkil edilən 8-ci mərhələdə iştirak edib. Heyətində Sali Əl-Xuri, Tatyana Deniskina, Binata Rizvanova və Mersedes Uolkerin yer aldığı yığmamız Marseldə 1\4 finalda Avstriya komandasına məğlub olmaqla (7:22) mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.