25 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: ...ZAMAN GÖSTƏRƏCƏK

1 il əvvəl 635 01

Tahir Süleymanov:

...ZAMAN GÖSTƏRƏCƏK

"Neftçi" ətrafında müzakirələr səngimək bilmir. Azarkeşlər, futbol ictimaiyyəti narahatdır, gedən proseslərdən narazıdır. Haqlıdırlar! Avrokubokların startına çox az vaxt qalıb. Kubok finalı fiaskosundan sonra aradan çıxan klub rəhbərliyi peyda olub, yay düşərgələrində fotosessiyalarla məşğuldular...
"Neftçi"də mövcud problemlər fonunda güclü, nəticələr qazanan, sabit, qələbə ruhlu heyət olsaydı, yenə də nisbətən ümid ola bilərdi.
Hər dəfə bir dəstə legioneri göndərib, yenilərini gətirməklə, məşqçilər korpusunu əlcək kimi dəyişməklə nəinki komanda formalaşmır, milyonlar havaya sovrulur...
Baş məşqçi köməkçiləri ilə birgə yola salındıqdan sonra komanda həvəskar düşüncə ilə təlim-məşq toplanışına start verib. Milli, öz yığmalarının futbolçuları istirahətdə, qarşıdan isə top-klublarla hazırlıq matçları gəlir. Yoxlama oyunları olsa da, rəqiblər Region liqası komandaları deyil.
"Neftçi"nin bataqlığa sürürklənməsində tək məşqçilərdimi günahkar? Rumın özü özüylə müqavilə bağlamamışdı, onları kluba gətirən səlahiyyəti cavabdehlər var. Eynilə, illərdi transfer olunan öncəki məşqçilər, futbolçular kimi...
Azərbaycan şərtlərinə uyğun heç bir maliyyə problemi olmayan, hər bir dəstək görən "Neftçi" kimi tarixi klub niyə bu vəziyyətə düşməlidir?!
Uğursuzluq bir, maksimum iki mövsüm olar, o da komandanın artan trayektoriya ilə inkişafı görünərsə... Belə olmadıqda, qəti, radikal addımların atılması mütləqdir!
Rumın mütəxəssislə bağlı hələ ötən il, komandanın hazırlığı, avrokubokların ilk oyunlarından sonra fikirlərimi bildirmişəm.
Qısa xatırlatsaq, Rege indiki klub rəhbərliyini susus aparıb, susuz gətirər. Elə də oldu!
"Neftçi" titulsuz, "susuz" qalsa da, "kuboku götürəcəm" deyən Rege, öz korpusu ilə
təzminatlı-sulu yola salındı. Yenə suyu süzülən klub başbilənləri oldu...
"Neftçi"nin bitməyən uğursuzluqlarının səbəbləri, indiki vəziyyətə salınması, tək məşqçi/futbolçu heyətinin günahı deyil, stratejidir, sistemsizlikdir, futbol idarəçiliyinin yarıtmaz durumda olmasıdır! İllərdi dağıdıcı proses daha da dərinləşir... Çoxsaylı azarkeşlər müraciət edir, münasibətin bildirilməsini istəyir...
Yaradılan süni və təbii problemlərin həlli yolunda doğru-dürüst təhlillər aparılmadan, ardıcıllığa uyğun dəqiq diaqnoz qoyulmadan, gündəmdə duran məsələlərin aradan qaldırılması xəyaldır, mümkünsüzdür!
Böyük futbol elmdir, həvəskar təfəkkürü, naşılığı qəbul etmir. "Neftçi" adına atılan hər bir addım zərgər dəqiqliyi ilə tənzimlənməlidir...

Ötən ilin sonlarında "Neftçi" azarkeşlərinin ümidlərində bir qığılcım oyanmışdı. Uzun illərdən sonra, davamlı fanat/azarkeş təzyiqləri nəticəsi olaraq klub idarəçiliyində strateji təyinatlar həyata keçirildi. "Neftçi"nin baş sposoru olan SOCAR prezidenti Müşahidə Şurasının sədirliyinə gətirildi...
Edilən önəmli dəyişikliyə zamanında münasibət bildirərək, klubda gözləmədən, operativ, qəti islahatların aparılması zərurətini önə çəkmiş, olmayacağı halda, tənqid/təzyiqlərin tədricən  üzərlərinə gələcəyini xüsusi vurğulamışdım...
Dəfələrlə bildirmişəm, ölkə futbolunu, əksər klubları ələ keçirən məlum şəbəkə üzvləri, yaşıl meydanlarda oynaya bilməsələr də, kabinet "oyun"larında sıradan biri deyillər. Təyinatların strateji futbol yükü əks-həmlələrin olacağını açıq göstərirdi...
Bəlli təyinat rəsmi işıq üzü görmədən artıq "oyun"lara start verildi. Futbolu hörümçək toru kimi hörən, cənginə keçirən ideoloqların tapşırığı ilə, Müşahidə Şurasının yeni tərkibi klub daxilindən məqsədli şəkildə sosial şəbəkələrə sızdırıldı. İşə başlamadan, öz komandalarına aid olmayan yenilərə qarşı anti-təbliğat kampaniyasına başladıldı...
Hiss olunurdu, klub daxilində böyük təlaş yaşanır. Növbəti həftələr, aylar, qeyd olunanlar daha açıq seziləcəkdi. Yenilər futbolda çox təcrübəsizdi... Atılmış təxribat xarakterli
addımdan sonra, "Neftçi" ofisində bütün kabinetlər, qapılar möhürlənməli, "uteçka" ifşa edilməli, günahkarlar cəzalandırılmalı, dərhal
daxili maliyyə və futbol araşdırmalarına start verilməli idi...
"Neftçi" sıradan bir klub deyil, daimi diqqət mərkəzindədir. Nəinki azarkeşlər, ümumilikdə ictimaiyyət klubun bəlalardan nəhayət ki, qurtulması adına cəsarətli addımlar gözləyirdi.
Daxildə olanlar hər an qapının döyülməsi səksəkəsini yaşayırdılar...
Günlər keçdikcə, qəti qərarların olmadığını gördükcə, "hörümçək toru" şokdan ayılmağa başlayaraq öz aralarında "təmizləmə-görüntü" əməliyyatları keçirdi. "Neftçi"nin unudulan,
unutdurulan vitse-prezidenti Elnur Eyvazovun işdən çıxarılması, geri qaytarılması, bu qəbildən idi. Klubda ən mühüm vəzifələrdən bir olan
post, 6-7 ildi "ofsayda" salınıb. Böyük futbolun incəliklərini bilmədən maliyyəyə, transfer qiymətlərinə necə nəzarət etmək olar?!
Yenilərin "rahatlığı" fonunda köhnələr özləri də gözləmədən, vaxt qazanır, "yeni-kohnə" komanda kosmetik qərarlarla "Neftçi" camiəsi qarşısında "iş görülür" görüntüsü yaradılırdı.
Hələ bizim dövrümüzdən SOCAR tərəfindən kluba göndərilən maliyyəçi və heç bir futbol, idarəçi səlahiyyəti olmayan Qədim Əsgərli vəzifəsindən azad edilir. Demə "Neftçi"nin uğursuzluğunun əsas səbəbkarı o imiş...
Başaldatmalar davam edir, yenilərin strateji qətiyyətsizliyini görənlər dərindən köks ötürür,, havadarlarının dəstəyi ilə planlar cızılır, "kubok bizimdir" gedişi ilə yeni gələnlərə söz verilir, mövsümün sonuna kimi möhlət istənilir, özlərinə gələrək manevr imkanlarını genişləndirirdilər... Təcrübəsiz yeni gələnlər "Neftçi"nin oyun planında heç bir ümid vermədiklərini görməkdə çətinlik çəkirlər...
Köhnə dəstə futbolu bilməsələr də, şaiyə, araqatma, bəhanələr çempionları bununla kifayətlənmir. Çıxılmaz vəziyyətə düşən icraçı rəhbər heyət üzüsulu getmək əvəzinə, "işləməyə imkan verilmir, sərbəstlik əlimizdən alınıb"la özlərinə yönələn haqlı tənqidləri, azarkeş etirazlarını tədricən SOCAR-a, təzə gələnlərin üzərinə yönəldirlər...
6-7 ildə "dağı dağ üstə qoyanlar", "Neftçi"ni "zirvə"lərə daşıyanlar Müşahidə Şurasının yeni üzlərini gözdən salmaq yolunda elə SOCAR-n vəsaiti, imkanları ilə hər yola əl atırlar. İstənilən klubda prezident/vitse-prezident/idman direktorundan böyük icraçı/səlahiyyətli vəzifələr olmur, yetər ki, futbol bacarığı, qətiyyət, məsuliyyət olsun!
Səlahiyyəti olanlar məsuliyyəti öz üzərinə götürüb nəticələri təmin etmək əvəzinə, bir tərəfdə əlaltdan məşqçi/futbolçuları günahlandırır, "büdcə azdır" deyir, digər tərəfdə şaiyələrlə yuxarıları hədəfə aldırır. Onları bir məqsəd maraqlandır, nə olur olsun, aranı qatıb yerlərində qalsınlar...
Ən azından gizlənmək yox, "çalışmağa imkan verilmir"in layiqli cavabı, başıuca klubu tərk etməkdir. O qədər müəyyən dairələrdən kluba göndərilən tiqanaların, jireslərin qarşısı  zamanında alınıb ki...
Məsuliyyəti öz üzərinə götürürsənsə, nəticə verməlisən. Bunun üçün futbol biliyi ilə yanaşı ürək lazımdır, ürək! Bəhanələrin gətirilməsi ən asan yoldur...  Bu işlərdə artıq yeni gələnlərin  böyük səhvləri var. Bu barədə bir qədər sonra...

Söz verilən kubok "qazanılmasından" sonra yeni gələnlər üçün "Neftçi" adına köklü islahatlar yolunda ikinci şans yarandı. İctimai nəzarət, azarkeşlərin etirazı, tribunalarda "istefa" şüarları Rövşən Nəcəf və komandasının səbr kasasını daşırmalıydı. Maliyyə, çətinliklər girdabında əziyyət çəkən rəqib qarşısında  məğlubiyyət son şans idi...
Çəkinmədən qəti və doğru qərarlar vermək əvəzinə hamı çəkildi "qan çanağı"na. Məşqçilərin sözü ilə desək, kubok fiaskosundan sonra "çemodan"lar hazır idi və klubda "partfel" daşıyanlar də "finiş-şlaqbaum"un qarşısına toplaşmışdı...
Müşahidə Şurası yaranandan bu günə kimi səlahiyyətli üzvlərdən sayılan Zaur Qəhrəmanovun final biabırçılığından sonra mətbuata üsyan açıqlaması da, qəti addımların atılması zərurətinin çoxdan yetişdiyini isbatlayırdı. Sonrakı gedişlər göstərdi ki, Rövşən Nəcəfin ətrafında "hörümçək toru"na işləyən "krot"lar ordusu mövcuddur...
Mövsümün sonunda icraçı klub rəhbərləri öz bacarıqsızlıqlarını bir daha nümayiş etdirdikdən sonra, daha üst səviyyədə şəbəkə üzvləri işə qarışdı. Müşahidələr, gedişat bunu göstərir... "Krot" qrupu sayəsində istiqamət klub rəhbərliyi fərasətsizliyindən yayındırılaraq məşqçilər korpusunun üzərinə yönlədirildi...
"İnandırıcı bəhanələr" əsasən bunlardan ibarətdir: "İcraçı/idarəçi rəhbərlər nə etsinlər, otel, yemək-içmək, forma, şərait yaradılıb, işə qarışılmır, onların nə günahı var"? Dərk edilmir ki, bunu ən yaxşı halda cibinin pulunu xərcləyən sponsor, klub sahibi deyə bilər...
İstənilən klubda yüksək məvacib alan icraçı səlahiyyətlilərin elə vəzifələri məşqçi/futbolçularla birgə işlərin düzgün qurulmasından, nəticələrin təmin olunmasından ibarətdir. Əks halda belələrinə nə ehtiyac var?! Böyük pullar müqabilində yeyib-içmək sifariş etmək üçün böyük futbol biliciliyi tələb olunmur...
İllərdi Mikayıl İsmayılovun "sığorta"sı, "meqa" "tərəfdaş/layihələri" arxasında SOCAR-n milyonlarını xərcləyib klubu göylərdən yerə çırparaq "vitamin"ləşdirənlər, indi də Rövşən Nəcəfi və komandasını labirintə salır. Cəbrayılların "əzrayıllığı" ilə "Neftçi" çökdürülüb, yeni "qəhrəman"lıqlar düşünülür...

Yüksək vəzifəlilər üçün futbol sahəsini bilməmək qəbahət deyil, təbiidir. Hər bir insanın bacardığı, mənimsədiyi sahə var. Ən önəmlisi, ideyaların olması, strateji/taktiki idarəçilik qabiliyyəti, qətiyyət, niyyətin yerində olmasıdır. 6-7 ay futbolda bir mövsümə, strateji klub idarəçiliyi anlamında 3-5 ilə bərabərdir.
Rövşən Nəcəf gənc kadrdır, heç şübhəsiz, intelektual səviyyəsi, bacarığı sayəsində ölkədə ən məsul, strateji vəzifələrdən biri ona həvalə edilib və böyük perspektivi var. Təbii, istəməz ki, sosial media/mətbuatda bu qədər adı hallansın, müzakirə obyektinə çevrilsin, bu, birmənalıdır! Müzakirələr neqativə yüklənilirsə, ümumiyyətlə, özlərinə görə qəbuledilməzdir!
"Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" həvəskar düşüncəsi ilə işə yanaşılmamalıdır.
Qeyd etdiyim kimi, böyük futbol elmdir və milyonlar ödəyib məşqçi/futbolçular gətirmək təfəkkürü kökündən yanlışdır və uğurun təminatçısı deyil. Buna bənzər yanlış addımlar 15 ildir Azərbaycan futbolunda atılır...
Foqtslar, dənizlilər, gedelər, büləntlər, toşaklar, lippertlər "hörümçək toru"nun və onlara dəstək verənlərin, aldananların, futbola daraşanların vasitəsi ilə xalqın, dövlətin milyonlarına sahib olublar, sponsorlar müflisləşib, vəzifələr itirilib və heç bir nəticə qazanılmayıb. Az-çox klub səviyyəsində uğurların 90 faizi yerli mütəxəssislərin, məşqçilərin  payına düşür...
Futbolda lövbər salan və hazırın naziri olanları, futbolu məhv edənləri tək "Neftçi"dəki hazırkı durum "düşündürmür", futbol çapında daha böyük "oyunlar" oynanılır. Tarixən AFFA rəhbərliyinə gedən yol "Neftçi" şinelindən keçi(b)r... Onsuz da federasiya, indi isə əksər klublar dövlətin tapşırığı ilə SOCAR tərəfindən maliyyələşir.
SOCAR prezidenti artıq "Neftçi"yə rəhbərlik edir.
Rövşən Nəcəfin klub səviyyəsində uğur qazanması gözə görünən/görünməz qüvvələrə sərf etməz, təhlükəlidir! "Neftçi" əldən çıxsa, sabah AFFA, ümumi futbol da əldən çıxa bilər...
Nəinki uğurun qazanılması, işə başlar-başlamaz "Neftçi"nin yeni rəhbəri nüfuzdan salınmalı, azarkeşlərin ona olan inamı azaldılmalı, strateji və faktiki olaraq Rövşən Nəcəf "krot"lar vasitəsi ilə yanlış yola yönəldilməlidir. Necə ki, artıq baş verir...
Alt qatlarda şəbəkə üzvü Kamran Quliyev və idarəçi komandası yaddan çıxarılır və istiqamət, tənqid, inamsızlıq  SOCAR-a, yenilərin üzərinədir... Müsbət imici olan, bu günə kimi adı bu qədər ictimaiyyət arasında hallanmayan Rövşən Nəcəf yəqin özü də hədəfə gəldiyinin fərqindədir...
Uğurun qazanılmasının əsas təməl prinsiplərindən biri dəqiq təhlillərlə yanaşı özünütənqiddir. "Neftçi"də vəziyyətin bu həddə çatmasına son 5-6 ayda Rövşən Nəcəf də məsuliyyət daşıyır. Belə davam etsə, "hörümçək toru" komandası üzvünə çevrilmək ehtimalı yüksəlir və öncəki uğursuzluqlar da ayağa/ayağına yazılır/yazılacaq...
Futbol tam fərqli fəlsəfə, fərqli təssərüfatdır.
Bu aylar ərzində bir dəfə də olsun azarkeşlərin, medianın qarşısına çıxılmayıb. Bu amil də mənfi effekt verməkdədir və futbol ictimaiyyəti, azarkeşlər bunu özlərinə qarşı hörmətsizlik kimi qəbul edir...
Futbol azarkeşlər üçün oynanılır... "Neftçi" - futbol klubudur, məxfi təşkilat deyil.
Rövşən Nəcəf ən azından bu aylar ərzində öz səlahiyyətli/icraçı komandasını formalaşdırmalı, köhnələrdən birdəfəlik ayrılmalı, ictimaiyyətə təqdim etməli idi. Klubu çökdürən, böyük azarkeş ordusu tərəfindən qəbul edilməyənlərlə bir yol getmək, ən yaxşı halda, sadəlöhvlükdür.
Şəxsi maraqlar fonunda futbol başbilənləri ideoloqlarının ideoloji işi davam edir. Qısa vaxt kəsiyində "hörümçək toru" komandası "Neftçi"ni zirzəmiyə salan baiskarları kənara çəkir artıq. Hədəf - Rövşən Nəcəfdir!  Ətrafa diqqət edilməli, "məsləhətçilər" bir daha araşdırılmalı, "krot"lar daxildə ifşa edilməlidir. Əgər "Neftçi"nin dirçəlməsi ilə yanaşı özlərinin də uğurlu yol qət etmələri istənilirsə...
Qeyd olunanlar tənqiddən daha çox, mövcud durumun real təhlili, gizli, kənardan görünməyən cərəyanların təsviri ilə yanaşı bir  tövsiyyədir. Rövşən Nəcəfi yaxından tanımadığım üçün, işinə, idarəçiliyinə bələd deyiləm.Tanımadığın insan haqqında tənqidi, qəti fikirlərin bildirilməsi də doğru olmaz!
Görünən odur ki, "Neftçi" adına çox yanlış istiqamət götürülüb. Rövşən Nəcəf və yeni komandası azarkeşlərin ümidini qırmamalı, itirməməli, "ağ-qara"ların əvvəlki şöhrəti qaytarılmalıdır. Həqiqi məsləhətlərə önəm verilsə, futbolun, "Neftçi" adına ümumi işin xeyrinə olar. Böyük futbol zarafatı bağışlamır!
Hələ ki, məkrli labirintin girişindədilər, bir az da gedilsə, azılacaq, nə irəli, nə geri yol olmayacaq. "Hörümçək toru"nun istəyi də budur, çoxları nüfuzdan salına-salına tora düşüb, tələyə salınıb... "Neftçi" adına gecikilir artıq, yenə də, hələ ki, gec olmaya bilər...
Əgər yeni komandanın öz istəyi ilə yuxarıda qeyd olunanlar həyata keçirilirsə, özləri də hiss etmədən uçuruma gedilirsə, sabah bunun cavabını vermək məcburiyyətində qalacaqlar. Nəyin necə davam edəcəyini, baş verəcəyini zaman göstərəcək...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

John Doe 1 il əvvəl

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

John Doe 1 il əvvəl

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

John Doe 1 il əvvəl

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

John Doe 1 il əvvəl

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

John Doe 1 il əvvəl

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com