Əslən Masallıdan olan cüdoçu Avropa çempionudur
Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı (22-25 iyun) keçirilir.
Azərbaycanın yeniyetmələrdə ibarət milli yığması qitə birinciliyində 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur.
Avropa çempionatının ilk günündə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmməd Məmişov final görüşündə macarıstanlı cüdoçu Benke Qaloya qalib gələrək yeniyetmələr arasında Avropa çempionatının qızıl medalına sahiblənib.
Məlumat üçün bildirək ki, Məhəmməd Asif oğlu Məmişov əslən Masallı rayonunun Təzə Alvadı kəndindəndir.
17 yaşlı M.Məmişov müxtəlif vaxtlarda Türkiyədə, Gürcüstanda, Rusiyada, ayrı-ayrı ölkələrdə təşkil olunan beynəlxalq yarışlardan Vətənə qızıl və gümüş medallarla dönüb. İspaniyanın Malaqa şəhərində yeniyetmələr arasında keçirilən açıq Avropa turnirində Məhəmməd Məmişov (50 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Fransanın Strasburq şəhərində kadetlər arasında Avropa kuboku yarışında bürünc, may ayında isə Rumıniyanın paytaxtı Buxarest şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışında gümüş medala sahib olub. Xorvatiyanın Poreç şəhərində yeniyetmə idmançılar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Qitə çempionatında üçüncü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyən Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.