BASKETBOL. 3X3. DQS
------------------------------
Dünya Qadın Seriyasında təmsilçilərimizin potensial rəqibləri bəllidir
İyunun 23-dən 24-dək Fransanın Orleane şəhərində 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının (DQS) sayca 5-ci mərhələ yarışı keçiriləcək. Qeyd edək ki, turnirin bu mərhələsində də Azərbaycanın iki komandayla (milli və "Neftçi" klubu) qatılacağı təmsil olunacaq. Təmsilçilərimizlə yanaşı bu yarışda Kanada, ABŞ, İspaniya, İtaliya, Portuqaliya millisi və eləcə də "Yuanda" (Çin), "Dyor" (Macarıstan) və "ABŞ-24" klubu mübarizə aparacaq.
Xatırladaq ki, Azərbaycan millisinin heyətində Sali Əl-Xuri. Tatyana Deniskina, Ləman İbrahimova və Mersedes Uolker yer alıb. Turnirin sayca 4-cü olan Şuşa mərhələsinin qalibi olan "Neftçi" klubunun heyətində isə Eruka Karter, Briana Freyzer. Aleksandra Mollenxauer və Dina Ulyanova kimi basketbolçular cəmləşib. Yeri gəlmişkən, 4 mərhələdən sonra "Neftçi" 145 xalla turnir cədvəlində 5-ci, millimiz isə 49 xalla 20-ci yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.