FUTBOL
------------------------
İspaniya millisi Millətlər Liqasının qalibi olub
Dünən Avropada daha bir futbol turnirinə yekun vurulub. Söhbər həlledici final matçında İspaniya ilə Xorvatiya millisinin qarşılaşdığı Millətlər Liqasıından gedir. Rotterdamdakı "Feyenoord" stadionunda baş tutan həmin oyun İspaniyanın qələbəsi ilə bitib. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib ancaq oyundan sonrakı penaltilər seriyasında aşkarlanıb. Zərbələri daha dəqiq vuran İspaniya milisi 5:4 (1:0, 1:1, 2:1, 2:2, 3:2, 3:3, 4:3, 4:4, 4:5) hesabla qalib gəlib. İspanların qalib gəlməsində isə əsas rolu oynayan və komandanın qəhrəmanına çevrilən isə xorvatiyalı futbolçuların iki zərbəsini dəf edən ispan qapıçı Unai Simon olub. Bu İspaniya millisinin Avro-2012-dən sonra qazandığı ilk tituludur. Bundan əvvəl isə İspaniya yığması DÇ-2010-nu, Avro- 1964 və Avro-2008, eləcə də Olimpiada-1992-nin qalibi olub. Bununla da İspaniya millisi tarixində 5-ci titulunu qazanıb.
Qeyd edək ki, bu İspaniya millisini 4-cü dəfə öz rəhbərliyi altında meydana çıxaran baş məşqçi Luisa de la Fuentnin isə ilk tituludur. Beləliklə, İspaniya millisi Portuqaliya və Fransa komandasından sonra Millətlər Liqasını qazanan 3-cü yığma kimi tarixə düşüb. Xatırladaq ki, 2019-cu ildə ilk dəfə keçirilən Millətlər Liqasının qalibi olan Portuqaliya finalda Hollandiyanı, 2021-ci ildə keçirilən analoji yarışın finalında isə Frnasa məhz İspaniya millisini məğlub etmişdi.
Bu final qarşılaşmasında diqqət çəkən məqamlardan biri Xorvatiya millisini 38 yaşlı kapitanı Luka Modriçin nümayiş etdirdiyi oyun olub. Yaşının bu həddinə baxmayaraq, Modriç 120 dəqiqəni meydanda çox fəal görsənib. Di gəl ki, onun Xorvatiya millisi ilə birlikdə titul qazanmaq istəyi yenə də arzu olaraq qalıb. Ona görə də bəlli turnirin ən yaxşı oyunçusu adına layiq görülmək belə onun pozulan əhvalını düzəltməyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.