Futzal
---------------------------
Futzal üzrə millimizi DÇ-2024-ün elit-raunduna yeni baş məşqçi hazırlayacaq
Bu günlərdə “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin keçirdiyi növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat olub. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyiblər. O, paralel olaraq, həm də “Araz-Naxçıvan” klubunun baş məşqçisi olacaq. Qeyd edək ki 5 iyul 1982-ci ildə Bakıda doğulan V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib. Boris futzalçı karyerasında "Anqloil" ( 2000-ci il), "Tribut" (2001-2003), "Ədliyyə" (2003-2004), "Araz-Naxçıvan" (2004-2005), "Azfarma" (2005-2008), "Dina" (Rusiya, 2008-2010), "Araz-Naxçıvan" (2010 – 2014), "Fener" (2014-2015), "Ekonomaç" (Serbiya, 2015-2017), "Neftçi" İK (2017-2018) və "Marafon Futsal" (2018) klubunda forma geyinib.
Məşqçi kimi fəaliyyəti: "Neftçi" İK – 2021-202-ci illər.
Uğurları: UEFA kuboku, bürünc medal -2 dəfə;
Azərbaycan çempionu – 7 dəfə;
Azərbaycan kuboku – 4 dəfə;
Serbiya çempionu – 2 dəfə;
Serbiya kuboku – 2 dəfə.
Milli komanda:
2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edən Vitali Borisov 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub.
Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatında 4-cü yeri tutması olub.
Qeyd: Bu işdə ona Serb mütəxəssislər - Predraq Rayiç və Zoran Rakiçeviç köməklik edəcək. Zoran qapıçılarla işləyəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.