BASKETBOL. 3X3. AK
----------------------------------------
Qadın basketbol yığmamız AK seçmələrinin finalında büdrəyib
Dünən Kiprin Limasol şəhərində həm kişilər, həm də qadınlar arasında startı verilən 3X3 basketbolu üzrə Avropa Kubokunun seçmə mərhələsi başa çatıb. İki gün davam edən turnirdə Azərbaycan həm kişilərin, həm də qadınların yarışında iştirak edib. Qeyd edəki, baş məşqçisi Ratomira Deliç və heyəti Tatyana Deniskina, Dina Ulyanova, Mersedes Uolker və Aleksandra Mellenxauerindən ibarət olan qadın yığmamız kişilərələ müqayisədə daha yaxşı çıxış edib. Belə ki, qrup mərhələsində həm Matanı (17:15), həm də İrlandiyanı (15:10) məğlub edən qadın yığmamız qrup lideri kimi birbaşa yarımfinala yüksəlib və burada Maltanı yenidən məğlub edədər (11:10) finala çıxıb. Təəssüflər olsun ki, xanım basketbolçularımız həəledici oyunda Lüksemburqla bacarmayıb - 6:9. Bununla da yığmamız Avropa Kubokunun final seriyasına vəsiqə qazana bilməyib.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında finalı da udaraq, birinci yeri tutan komanda Avropa Kubokunun 5-7 sentyabr günlərində Yerusəlimdə (İzrail) keçiriləcək final mərhələsində vəsiqə qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.