FUTBOL
---------------------------
Azərbaycan millisi doğma divarlar arasında məğlubiyyətdən qurtula bilib
Cani De Byazinin bu dəfəki vədi də düz çıxmadı
Аzərbaycan - Estoniya - 1:1 (0:1)
Rauno Sappinen , 26 (0:1), Anton Кrivotsyuk, 62 (1:1)
Dünən Avro-2024-ün seçmə qrup oyunları çərçivəsində keçirilən oyunlarla Avropada növbəti dəfə futbol həycanı yaşanıb. Təbi ki, bu həyacanı kimlərsə bayram kimi, kimlərsə də qəmlər, kədərlə qeyd edib. Elə bizlər kimi. Yeri gəlmişkən, baş məşqçisi, öz sözü ilə desək, özü getmək istəməyən italiyalı mütəxəssis (belə demək doğrudursa) Canni De Byazi olan Azərbaycan millisi yer aldığı F qrupunda ilk ev matçına çıxıb. "Dalğa Arena"da baş tutan həmin oyunda qrupun son pilləsində yer alan Azərbaycan yığması özündən bir pillə yuxarı olan Estoniya millisini qəbul edib. Bəli, ilk iki oyununu səfərdə keçirən və hər ikisini də böyük hesabla uduzan (Avstriya - Azərbaycan - 4:1, İsveçrə - Azərbaycan - 5:0) yığmamızdan demək olar ki, hamı bu dəfə qələbə gözləyirdi. Ona görə ki, bu dəfə həm doğma divar amili var idi, həm də ki, rəqib elə də güclü deyildi. Di gəl ki, bizim özlüyümüzdə güclü hesab etmədiyimiz bu Estoniya millisi də az qala Byazinin başçılıq etdiy Azərbaycan yığmasını məğlub edib Bakıdan qələbə ilə qayıdacaqdı.Xoşbəxtlikdən, oyun 1:1 hesabəı ilə heç-heçə qurtarıb. Bu heç-heçəyə Byazi sevinsə də, qonaq komanda, əsasən də müdafiəçi Rasmus Pyetson narazı qalıb. O, matçın birinci hissəsində yaranmış imkanından maksimum istifadə edə bilmədiklərindən və Bakıdan yalnız bir xalla qayıtmaqlarından geleylənib. Estonlardan fərqli olaraq, deyəsən Byazi və və onun meydana buraxdığı yetrimələri bu nəticədən, əsasən də məğlubiyyətdən yaxalarını qurtara bilmələrinə görə çox məmnun olublar.
Yığmamızın baş məşqçisi Canni De Byazi oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında Estoniya ilə oyunda ilk 3 xalı qazanmaq üçün hər şey edəcəklərini desə də heç nə edə bilməyib.
Yığmamızın yer aldığı F qrupunda vəziyyət belədir: .
Коmanda | O | Q | H | M | T\F | x |
Аvstriya | 3 | 2 | 1 | 0 | 7-3 | 7 |
Belçika | 2 | 1 | 1 | 0 | 4-1 | 4 |
İsveç | 2 | 1 | 0 | 1 | 5-3 | 3 |
Estoniya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
Аzərbaycan | 3 | 0 | 1 | 2 | 2-10 | 1 |
Dünən yığmamızın yer aldığı qrupda baş tutan daha bir oyunda Belçika Avstriyanı qəbul edib və bu oyunda da hüç-heçə qeydə alınıb - 1:1.
İyunun 17-də Avro-2024-ün seçmə qrup oyunları çərçivəsində keçirilən digər oyunların nəticəsi belədir:
Portuqaliya - Bosniya və Hersoqovina - 3:0 (1:0, 2:0). 21:45. "Eştadiu da Luş".
Lüksemburq - Lixtenşteyn - 2:0 (0:), 2:0). 16:00. "Stade de Luxembourq" ,
Litva - Bolqarıstan - 1:1 (1:1, 0:0). 16:00. "Stadion Daryusa və Qrenasa",
Norveç - Şotlandiya - 1:2 ():0, 1:2). 19:00. "Ullevol",
Çernoqriya - Macarıstan - 0:0 (0:0, 0:0). 10:00. "Qoritso"
Kipr - Gürcüstan - 1:2 (1:1, 0:1). 21:45. "AEK Arena",
Albaniya - Moldova - 2:0 (0:0, 2:0). 21:45. "Arena Kombetare",
Farer adaları - Çexiya - 0:3 (0:2, 0:1) . 21:45. "Torsvellur",
İslandiya - Slovakiya - 1:2 (1:1, 0:1). 21:45. "Lauqardalsveller".
Belçika - Avstriya - 1:1 (0:1, 1:0). 2:,45, "Korol Boduen".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.