BASKETBOL. 3X3. AK
---------------------------------
Azərbaycan yığmaları Avropa Kubokuna qələbəylə başlayıb
Bu gün Kiprin Limasol şəhərində 3X3 basketbolu üzrə kişi və qadınlar arasında Avropa Kubokunun seçmə qrup mərhələsinə start verilib. Azərbayan həm kişilərin, həm də qadınların yarışında təmsil olunur. Qeyd edək ki, heyəti Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, və Endar Poladxanlıdan ibarət olan kişi komandamız A qrupunda Malta, Lüksemburq və Kipr millisi ilə mübarizəya qatılıb. Heyəti Tatyana Deniskina. Dina Ulyanova, Mersedes Uolker və Aleksandra Mellenxauerdən ibarət olan qadın yığmamıza gəlincə, komandamız A qrupunda Malta və İrlandiya millisi ilə qarşılaşacaq. Kişi komandamıza Aleksandr Valxoviç, qadınlara isə Ratomira Deliç rəhbərlik edir. Artıq hər iki komandamız turnirə qələbəylə başlayıb. qadın yığmamız start matçında Maltanı məğlub edib - 17:15. Maraqlıdır ki, kişi millimiz də Malta ilə qarşılaşmadan qalib ayrılıb - 20614.
Yığmalarımızın iştirakı ilə keçiriləcək qrup oyunlarının cədvəli belədir:
17 iyun:
10:30 Qadınlar. А qrupu. Аzərbaycan - Malta - 17:15;
17:40. Qadınlar: Azərbaycan - İrlqandiya - 20:14.
10:55 Kişilər: А qrupu. Аzərbaycan - Malta;
16:50. Kişilər. A qrupu. Azərbaycan - Kipr;
18 iyun:
12:45 Kişilər: A qrupu. Azərbaycan - Lüksemburq.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında birinci yeri tutan komanda Avropa Kubokunun 5-7 sentyabr günlərində Yerusəlimdə (İzrail) keçiriləcək dinal mərhələsində vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.