CÜDO
------------------------------
Gültac Məmmədliyeva Böyük Dəbilqədə üçüncü olub
O, ardıcıllıqla 3 turnirdə medal qazanır
Dünən Astanada (Qazaxıstan) kişi və qadın cüdoçular arasında Böyük Dəbilqə turnirinə start verilib. Azərbaycan da daxil olmaqla 42 ölkəni təmsil edən 334 (190 kişi, 144 qadın) tatami ustasının mübarizə apardığı bu reytinq xarakterli turnirin start günü 8 təmsilçimiz (4 qadın və 4 kişi) tatamiyə çıxıb ki, onlardan yalnız biri - 52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Xatırladaq ki, ilk iki görüşündə İspaniya təmsilçisini və neytral statuslu rəqibini məğlub edərək yarımfinala yüksələn Gültac finala çıxışda italiyalı Odett Quifrideyə uduzub. Bundan sonra isə o, üşüncülük uğrunda belçikalı Amber Ruxeillə qarşılaşıb. Qarşılaşmadan qalib ayrılan cüdoçumuz Böyük Dəbilqənin bürünc medalını qazanıb. Yeri gəlmişkən, Gültac Məmmədəliyeva mayın son günlərində Lintsedə (Avstriya) keçirilən Qran-Pridə bürünc. iyunun əvvəlində isə Düşənbədə (Tacikistan) analoji turnirdə gümüş medal qazanıb. Bu uğurlu çıxışlar sayəsində Məmmədliyeva hətta İJF-nın reytinq cədvəlində xeyli irəliləyərək 24-cü pilləyə yüksəlib. Yəqin ki, Böyük Dəbilqənin bürünc medalı onun reytinq cədvəlində bir qədər də yüksəlməsinə. həta Top-15-ə dail olmasına imkan verəcək.
Yeri gəlmişkən, dünəın bürünc uğrunda güləşən digər təmsilçimiz - Kəramət Hüseynov isə çıxışını 5-ci yerdə başa vurub. Yığmanın təcrübəli üzvlərindən olan Leyla Əliyeva (48 kq) isə turnirdə 7-ci olub. Digər cüdoçularımız isə çıxışını lap erkən başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.