BASKETBOL. 3X3. AK
----------------------------------------
Azərbaycan yığmaları Avropa Kubokunun seçmələrində
Bu gün Kiprin Limasol şəhərində 3X3 basketbolu üzrə kişi və qadınlar arasında Avropa Kubokunun seçmə qrup mərhələsində start veriləcək. Azərbayan həm kişilər, həm də qadınlar arasında təmsil olunacaq. Heyəti Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, və Endar Poladxanlıdan ibarət kişi komandamız A qrupunda Malta. Lüksemburq və Kipr millisi ilə mübarizə aparacaq. Heyəti Tatyana Deniskina. Dina Ulyanova, Mersedes Uolker və Aleksandra Mellenxauerdə ibarət olan qadın yığmamıza gəlincə, komandamız A qrupunda Malta və İrlandiya millisi ilə birlikdə yer alıb. Kişi komandamıza Aleksandr Valxoviç, qadınlara isə Ratomira Deliç rəhbərlik edir.
Yığmalarımızın iştirakı ilə keçiriləcək qrup oyunlarının cədvəli belədir:
17 iyun:
10:30 Qadınlar. А qrupu. Аzərbaycan - Malta;
17:40. Azərbaycan - İrlqandiya.
10:55 Kişilər: А qrupu. Аzərbaycan - Malta;
16:50. Kişilər. A qrupu. Azərbaycan - Kipr;
18 iyun:
12:45 Kişilər: A qrupu. Azərbaycan - Lüksemburq.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında birinci yeri tutan komanda Avropa Kubokunun 5-7 sentyabr günlərində Yerusəlimdə (İzrail) keçiriləcək dinal mərhələsində vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.