CÜDO
--------------------------
Kəramət Hüseynovla Gültac Məmmədəliyeva bürünc medal uğrunda mübarizəni davam etdirəcək
Bu gün Qazaxıstanın paytaxtı Astanada kişi və qadın cüdoçular arasında reytinq xarakterli Böyük Dəbilqə turnirinə start verilib. Turnirin start günü Azərbaycanın 8 üzvü tatamiyə çıxıb. Onlardan yalnız ikisi - Kəramət Hüseynov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizəni daha uğurla davam etdirib. Yarımfinala qədər irəliləyən hər iki cüdoçumuz bu mərhələdə büdrəyərək bürünc medal uğrunda mübarizə aparmaq məğburiyyətində qalıb. Xatırladaq ki, Tacikistan,Gürcüstan və Fransa təmsilçisini məğlub edərək yarımfinala yüksələn Hüseynov burada ispaniyalı David Qarsii ilə bacarmayıb. Nəticədə o, bürünc medal uğrunda güləşməli olacaq. Onun rəqibi İspaniyadan olan digər cüdoçu - Martin Qaiterodur.
Gültac Məmmədliyevaya gəlincə, İspaniya təmsilçisi və neytral statuslu rəqibini udaraq yarımfinala qalxan Məmmədıliyeva bu mərhələdə italiyalı Odett Quifridi keçə bilməyib. Finaldan kənarda qalan Məmmədəliyeva belçikalı Amber Ruxeillə bürünc medal uğrunda güləşəcək.
Bu gün mübarizəyə qatılan digər təmsilçilərimizə gəlincə, Kənan İsmayılov (60 kq) birinci, Nazir Talıbov (60 kq) ikinci, Kamran Süleymanov üçüncü və sonra da təsəlliverici görüşdə məğlub olub. leyla Əliyeva (48 kq) da 1\4-də, sonra da təsəlliverici görüşdə uduzaraq, çıxışını 7-ci yerdə bitirib. Ramilə Əliyeva (48 kq) və Aydan Vəliyeva (52 kq) isə elə startda büdrəyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.