TENNİS
------------------------------
Novak Cokoviç yenidən dünyanın bir nömrəlisidir
Ötən həftəsonu Fransanın paytaxtı Parisdə başa çatan və Böyük Dəbilqə seriyasından olan "Rolan Qarros" turnirindən sonra Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tenisçilərin yeni reytinq cədvəlini elan edib. Qeyd edək ki, "Ralan Qarros"un finalında dünyanın 3 nöşmrəli raketka ustası kimi çıxan və həmin həlledici oyunda ATR-nın reytinq cədvəlində 4-cü olan Kasper Ruudu (Norveç) məğlub edən serbiyalı Novak Cokoviç bu qələbədən sonra yenidən liderlik mövqeyi özünə qaytarıb. Cokoviçin liderliyə yüksəlməsi digər tünnisçilərin mğvqeyinə təsir edib. Belə ki, "Rolan Qarros"un yekununa qədər reytinq cədvəlinə liderlik edən ispaniyalı Karlos Alkaraq cədvəldə ikinci. 2-ci yerdə olan rusiyalı Daniil Medvedevsə 3-cü yerə düşüb. Yalnız turnirin finalında Cokoviçə uduzan norveçli Kasper Ruud isə 4-cü pilədəki mövqeyində qalıb. Qeyd edək ki, cədvəldə 5-9-cu pillələrdə də dəyişiklik edilməyib. Stefanos Tsitsipas (Yunanıstan), Xolqer Rune (Danimarka), Andrey Rublev (Rusiya), Teylor Frits (ABŞ) və Yannik Sinner (İtaliya) müvafiq ardığıllıqla bu pillələri bölüşür. Yalnız Karen Xaçanov (Rusiya) Top-10-a qalxaraq, kanadalı Feliks Oje-Alyassini 11-ci pilləyə salıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.