FUTBOL
-----------------------
Millətlər Liqasının finalçıları bəlli olub
İspaniya ardıcıl olaraq ikinci dəfə finala yüksəlib
Dünən futbol üzrə UEFA Millətlər Liqasında daha bir yarımfinal oyunu keçirilib və bununl da hər iki finalçı müəyyənləşib. Söhbət İspaniya - İtaliya matçından gedir. Qeyd edək ki, baş məşqçisi Luis la Fuente olan İspaniya millisi meydanda daha güclü olub - 2:1. Bununla da 2021-ci ildə analoji turnirin finalda Fransaya 1:2 hesabla uduzan İspaniya ardıcıl olaraq, ikinci dəfə final həyəcanı yaşayacaq. İyunun 18-də baş tutacaq həlledici final matçında İspaniya millisi digər yarımfinal oyununda Hollandiyanı (2:4 hesabla) məğlub edən Xorvatiya komandası ilə qarşılaşacaq. Yeri gəlmişkən, 3-cü yer uğrunda isə Hollandiya və İtalita qarşılaşacaq. Xatırladaq ki, İtaliya 2021-ci ildə də 3-cü yer uğrunda mübarizə aparıb. Və həmin ildə Belçikanı məğlub (2:1) edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.