CÜDO
---------------------------
Böyük Dəbilqə bu gün start götürür
Azərbaycan turnirin ilk günü 8 cüdoçuyla tatamiyə çıxacaq
Azərbaycan cüdoçuları Qazaxıstanda Böyük Dəbilqəya qatılacaqlar Bu gün Astanada (Qazaxıstan) kişi və qadın cüdoçular arasında Böyük Dəbilqə tyurnirinə start veriləcək. Start günü çəkisi 60 və 66 kq olan kişilər və eləcə də 48 və 52 kq-da mübarizə aparan tatami ustaları mübarizəyə qatılacaqlar. Azərbaycanın 17 (4 qadın və 13 kişi) cüdoçuyla qatıldığı bu lisenziya və reytinq xarakterli turnirin ilk günü 8 təmsilçimiz tatamiyə çıxacaq. Onlardan Kənan İsmayılov (60 kq) ilk görüşünü Aybek Omirova (Türkiyə), Nazir Talıbov portuqaliyalı Fransisko Mendeşə, Kəramət Hüseynov (66 kq) Nurəli Emaməliyə (Tacikistan), Kamran Süleymanovsa (66 kq) digər tacikistanlı çüdoçu - Odibjon Cebova qarşı güləşəcək.
Qadınlara gəlincə, Leyla Əliyeva (48 kq) startda qazaxıstanlı Nuralim Sersenbeklə, həmnin çəkidə güləşən Ramilə Əliyeva isə çinli Şixua Xanla üzləşəcək. 52 kq-da güləşən və birinci mərhələdən azad olan cüdoçumuz Gültac Məmmədəliyeva ilk görüşünü Tolqana Abeyova (Qazaxıstan) - Ariana Toro (İspaniya) cütünün qalibinə qarşı keçirəcək.52 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz - Aydan Vəliyeva isə start görüşündə yaponiyalı Rioko Takeda ilə qarşılaşacaq.
Sabah isə çəkisi 73 və 81 kq olan kişilər, eləcə də 57 və 63 kq-da qadınlar tatamiyə çıxacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.