VOLEYBOL
--------------------------------
Tələbə oğlan voleybolçulardan ibarət yığmamız Universiadaya hazırlaşır
Azərbaycanın tələbə oğlanlardan ibarət voleybol üzrə millisi iyulun 28-dən avqustun 8-dək Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək. Bu məqsədlə də tələbə komandamız təlim-məşq toplanışına (TMT) başlayıb. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, iyunun 1-dən startı verilən TMT-nın birinci mərhələsi Bakıda keçirilir. Baş məşqçi Fərid Cəlalovun rəhbərlik etdiyi toplanışa 13 voleybolçu cəlb edilib. Məşqlər Voleybol Mərkəzində və Su İdmanı Sarayında təşkil olunur.
Hazırlıq planına əsasən millimiz təlim-məşqlərə paytaxtdan sonra bölgələrdə və ölkə xaricində davam edəcək. Həmçinin komandamızın bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
Xatırladaq ki, yığmamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə birlikdə C qrupunda yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.