BOKS
---------------------------
Yeniyetmə boksçularımız Kutaisidən 13 medalla dönüblər
Gürcüstanın Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan yığmasının iştirak etdiyi həmin turnirdə ev sahibi Gürcüstan, Özbəkistan, İsrail və Latviya millisi də mübarizə aparıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərliyi altında turnirə qatılan Azərbaycan millisi uğurla çıxış edərək 3-ü qızıl, 2-si gümüş və 8-i bürünc əyarlı olmaqla 13 medal qazanıb. Komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız həlledici finalda büdrəyən Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) cütlüyü ikinci yerlə və gümüş medalla kifayətlənib.
Komandamızın aktivinə yazılan bürünc medalları isə Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.