CÜDO
------------------------
Fərhad Rəcəblə 9-cu dəfə Avropa çempionu olub
Dünən Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta (veteran) cüdoçular arasında Avropa çempionatına start verilib. 8 iyuna təsadüf edən ilk yarış günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuztatamiyə çıxaraq, medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində mübarizə aparan veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, idmançımızın usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medal olub.
M6 yaş kateqoriyası üzrə +100 kq. çəkidə yarışan cüdoçumuz Qabil Qasımov bürünc medala layiq görülüb.
Avropa çempionatının ikinci günündə isə 15 veteran cüdoçumuz tatamiyə çıxıb. Onlar M3 yaş kateqoriyası üzrə 10, M4 yaş kateqoriyası üzrə isə 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Nəticələr hələki bəlli deyil.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.