FUTZAL
----------------------------
Futzal üzrə millimizin rəqibləri müəyyənləşib
Azərbaycan "A" qrupunda Qazaxıstan, Rumıniya və Hollandiya ilə qarşılaşacaq
Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” yerin sahibi pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.
A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland
B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika;
C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya;
D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya;
E qrupu: Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya.
Elit-raund mərhələsinin oyunlar 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:
11-20 sentyabr
Rumıniya - Azərbaycan
Azərbaycan – Niderland
2-11 oktyabr
Azərbaycan – Qazaxıstan
Qazaxıstan - Azərbaycan
11-20 dekabr
Azərbaycan – Rumıniya
Niderland - Azərbaycan
Qeyd: Oyunların keçiriləcəyi günləri qrup iştirakçıları iyunun 16-dək öz aralarında razılaşdırmalıdırlar. Həmin tarixə qədər razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək. Dekabrın 20-i qrup mərhələsi üçün sonuncu oyun günüdür. Pley-off-da iştirak edəcək komandalar üçün gələn il yanvarın 25-də püşk atılacaq, matçlar isə ev və səfər prinsipi olmaqla gələn il 8-17 aprel tarixlərində keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.