ŞAHMAT
----------------------------------
Məmmədyarov "Norway Chess"də Maqnus Karlsenlə qarşılaşacaq
Norveçin Stavanqere şəhərində şahmat üzrə keçirilən və azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da qatıldığı "Norway Chess" superturnir bir günlük fasilədən sonra bu gün 8-ci turla davam edəcək. Hesabat turunda Şəhriyar Məmmədyarov sonuncu dünya çempionu və hazırda FİDE-nin reytinq cədvəlinə vahid liderlik edən Maqnus Karlsenlə (Norveç) qarşılaşacaq. Xatırladaq ki, bu turnirdən bir gün öncə eyni məkanda və eyni iştirakçılar arasında keçirilən blits turnirdə Məmmədyarov Karlsenə qalib gəlmişdi. İndi isə bəlli turnirdə geridə qalan 7 turdan sonra hərəyə 9 xal toplayan Məmmədyarovla Karlsen yarış cədvəlində yaxın qonşu olmaqla 7-8-ci yerləri bölüşürlər.
Xatırladaq ki, dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan "Norway Chess" superturnirdə Məmmədyarov, və Karlsenlə yanaşı, Uesli So, Fabiano Karuana, Xikaru Nakamura (Hamısı ABŞ), Aryan Tari (Norveç), Aniş Qiri (Hollandiya), Domaracu Qukeş (Hindistan), Əlireza Firuzca (Fransa) və Nodirbek Abdusattarov (Özbəkistan) mübarizə aparır.
Qeyd: Reqlamentə əsasən qalibə 3 xal verilir. Heç-heçə qeyd edildikdə isə mübarizə "Armaqeddon"da davam edir. Burada isə udana 2. uduzana 1 xal verilir.
Тurnir cədvəli 7 turdan sonra: Каruana – 14,5 xal, Nakamura – 12,5, So - 10,5, Qukeş, Qiri - hərəyə 10, Firuzca - 9,5, Мəmmədyarov, Каrlsen - hərəyə 9, Abdusattarov - 6, Tari - 3 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.