Cüdo
--------------------------------
Hidayət Heydərov İJF-ının yeni reutinq cədvəlində birincidir
Düşünbədə bürünc qazanan Elcan Hacıyevsə 222 pillə qalxmaqla Top-100-ə daxil olub
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə kişi və qadınlar arasında keçirilən reytinq xarakterli Qran-Pridən sonra İJF (Beynəlxalq Cüdo İttifaqı) tatami ustalarının yeni reytinq cədvəlini elan edib. Xatırladaq ki, Düşənbədə uğurla çıxış edərək medal qazanan cüdoçularımız reytinq cədvəlindəki mövqelərini yaxşılaşdırıblar. Qran-Pridə gümüş alan cüdoçulardan Turan Bayramov (60 kq) 1 pillə irəliləməklə 8-ci yerə qalxıb. Həmin turnirdə ikinci olan digər cüdoçumuz - Gültac Məmmədəliyeva (52 kq) isə 4 pillə yuxarı qalxmaqla 20-ci olub. Qran-Prini 3-cü yerdə bitirən Yaşar Nəcəfov (66 kq) 25-ci yerdən 20-ci yerə yüksəlib. Ən maraqlısı isə həmin yarışda 3-cü olan digər cüdoçumuz - Elcan Hacıyevsə (90 kq) birdən birə 222 pillə irəliləməklə Top-100-ə daxil olması və 86-cı yeri tutmasıdır. Digər cüdoçularımıza gəlincə, diqqətçəkən məqamlardan biri 73 kq-da tatamiyə çıxan Hidayət Heydərovun 6000 xalla öz çəkisinin liderinə çevrilməsidir. 0, özünün ən yaxın təqibçisi olan monqol Tsoqabar Tsend-Oçiri (5683) və liderliyi itirərərk 3-cü pilləyə düşən gürcü Laşu Şavdatuaşvilini (5496) xal fərqinə görə xeyli geridə qoyub.
100 kq-da tatamiyə çıxan Zəlim Kotsayev yenə də 2-ci, Səid Mollai (81 KQ) 3-cü, Balabəy Ağayev (60 kq) 4-cü, Məmmədəli Mehdiyevsə (90 kq) Top-10-dakı mövqeyində qalıb. Hərəyə 2 pillə geriləyən Orxan Səfərovla (66 kq) Uşanqi Kokuari (+100 kq) müvafiq olaraq, 13 və 9-cu yerə düşüb.
Düşənbədə yarımfinala qədər yüksələn amma, sonda medalsız qalan Leyla Əliyeva (48 kq) 5 pillə irəliləməklə 35-ci olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.