ŞAHMAT
-----------------------------
Məmmədzadə Sent-Luisdə Kostenyukla sülh bağlayıb
Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə keçirilən "Cairns Cup" beynəlxalq şahmat turniri davam edir. Qeyd edək ki, mükafat fondu 180 min dollar təşkil edən və Məmmədzadə ilə birlikdə 10 zəka sahibinin mübarizə apardığı bəlli turnirdə 3-cü tura yekun vurulub. Hesabat turunda həmyerlimiz Aleksandra Kostenyukla (İsveçrə) qarşılaşıb. Görüş sülh şəraitində başa çatınca, rəqiblər hərəyə yarım xal qazanıblar. 3 turdan sonra 1,5 xal toplayan Məmmədzadə bu nəticə ilə 4-7-ci yerləri bölüşür. Onun rəqibi Kostenyuk isə İrina Kruşla (ABŞ) birlikdə 2,5 xalla yarış cədvəlinə şərikli liderlik edir. Yeri gəlmişkən sözügedən turnirdə Məmmədzadə və Kostenyukla yanaşı, bəlli turnirdə Xampi Koneru, Xarika Dronavali (hər ikisi Hindistan), Anna Zatonski (ABŞ), Elizabet Petts (Almaniya), İrina Kruş (ABŞ), Nana Dzaqnidzei, Bella Xotenaşvikli (hər ikisi Gürcüstan) və Jansaya Abdumalik (Qazaxıstan) iştirak edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.