ŞAHMAT
--------------
Şəhriyar Məmmədyarov So ilə bacarmayıb
Norveçin Stavanqere şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla planetin ən yazxş 10 zəka sahibinin iştirakı ilə keçirilən "Norway Chess" superturnir davam edir. Dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan bəlli turnirdə 6-cı tura yekun vurulub. Hesabat turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Təəssüflər olsun ki, bundan öncəki turda ABŞ-ın digər təmsilçisi - Fabiano Karuananı əsas oyunda mat qoyan Məmmədyarov So ilə bacarmayıb və "Armaqeddon"da uduzub. Bununla da rəqibə 2 xal qazanmaq fürsəti verən Məmmədyarov özü isə 1 xalla kifayətlənib. Bu isə ona yenə də 5-ci pillədə qalmaq imkanı verib. Bu gün keciriləcək 7-ci turda Məmmədyarov Xikaru Nakamurayla qarşılaşacaq.
Xatırladaq ki, 9 turdan ibarət olan "Norway Chess" superturnirdə Məmmədyarov, So və Nakamura ilə yanaşı, Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Fabiano Karuana (ABŞ), Aniş Qiri (Hollandiya), Domaracu Qukeş (Hindistan), Əlireza Firuzca (Fransa) və Nodirbek Abdusattarov (Özbəkistan) mübarizə aparır.
Qeyd: Reqlamentə əsasən qalibə 3 xal verilir. Heç-heçə qeyd edildikdə isə mübarizə "Armaqeddon"da davam edir. Burada isə udana 2. uduzana 1 xal verilir.
Тurnir cədvəli: Каruana – 13,5 xal, Nakamura – 11, Firuzca, Qukeş - hərəyə 8,5, Мəmmədyarov – 8, Каrlsen, So - hərəyə 7,5, Qiri - 7, Abdusattarov - 6, Tari - 3 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.