TAEKVONDO
----------------------------
“Azərbaycanın paytaxtı Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq”
Dünya Taekvondosunun Prezidenti Çunqvon Çu mayın 29-dan iyunun 4-dək Bakı böyüklər (kişi və qadınlar) arasında taekvondo üzrə keçirilən dünya çempionatını yüksək qiymətləndirərək belə deyib: “Azərbaycanın paytaxtı Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq. Dünya Taekvondosunun 50 illik yubileyi münasibətilə keçirilən görkəmli mundial Olimpiya idman növümüzün gözəl nümayişi oldu”.
Çempionatın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib. Bağlanış mərasimində uğurlu çıxışlara görə müxtəlif nominasiyalar üzrə təsis edilən mükafatlar da öz sahiblərini tapıb:
Kişilərin ən dəyərli döyüşçüsü – Park Tae-Jun (Koreya)
Qadınların ən dəyərli döyüşçüsü– Merve Dinçel (Türkiyə)
Ən yaxşı kişi hakim – Ayman Adarbeh (İordaniya)
Ən yaxşı qadın hakim – Byung Hee Kim (Bruney)
Aktiv iştirakçı mükafatı - Kanada
Ən yaxşı döyüşçü ruhu mükafatı – Azərbaycan
Yarışlar üçün qeydiyyatdan keçmiş 144 ölkədən 9 ölkənin idmançısı 15 qızıl medal qazanaraq dünya çempionu olub. Ümumilikdə 24 ölkə çempionatdan medallarla ayrılıb.
Kişilərin medal sıralamasında Koreya, qadınların sıralamasında isə Türkiyə birinciliyə imza atıb. Medal qazanan 64 idmançıdan 10-u ilk dəfə dünya çempionları sırasında yer alıb. Daha 31 idmançı dünya çempionatında ilk medallarına sahib olub. İdmançıların sırasında əksər taekvondoçuların yaşının 24-dən aşağı olması gələcək illərdə bu idman sahəsində gənclərin sayının artacağının göstəricisidir.
Komandakların yekun medal sıralanması belədir:
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Toplam |
Cənubi Koreya |
3 |
1 |
0 |
4 |
Türkiyə |
3 |
0 |
3 |
6 |
Xorvatiya |
2 |
1 |
3 |
6 |
Fransa |
2 |
0 |
0 |
2 |
Fərdi neytral idmançılar |
1 |
1 |
5 |
7 |
Böyük Britaniya |
1 |
1 |
2 |
4 |
İran |
1 |
0 |
2 |
3 |
Fil Dişi Sahili |
1 |
0 |
1 |
2 |
Macarıstan |
1 |
0 |
0 |
1 |
İtaliya |
1 |
0 |
0 |
1 |
Tailand |
0 |
3 |
0 |
3 |
İspaniya |
0 |
1 |
3 |
4 |
Özbəkistan |
0 |
1 |
3 |
4 |
Braziliya |
0 |
1 |
1 |
2 |
Çin |
0 |
1 |
1 |
2 |
İordaniya |
0 |
1 |
1 |
2 |
Meksika |
0 |
1 |
1 |
2 |
Tayvan (Çin) |
0 |
1 |
0 |
1 |
Serbiya |
0 |
1 |
0 |
1 |
Amerika Birləşmiş Ştatları |
0 |
1 |
0 |
1 |
Misir |
0 |
0 |
2 |
2 |
Avstraliya |
0 |
0 |
1 |
1 |
Kolumbiya |
0 |
0 |
1 |
1 |
Yaponiya |
0 |
0 |
1 |
1 |
Norveç |
0 |
0 |
1 |
1 |
Toplam medal sayı |
16 |
16 |
32 |
64 |
hazırladı İntiqam Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.