FUTBOL
------------------------
Zlatan İbraqimoviç 41 yaşında karyerasını bitirib
"Milan"ın azarkeşləri onu tribunadan "Əlvida, Allah" şüarları ilə yola salıblar
"Milan" (İtaliya) klubunun isveçli forvardı Zlatan İbraqimoviç nəhayət ki, 41 yaşında futbolçu karyerasını bitirdiyini elan edib. O, bu xəbəri İtaliya A seriyasının 38-ci turu çərçivəsində keçirilən və 3:1 hesabla bitən "Milan" - "Verona" matçından sonra elan edib (həmin oyunda meydana çıxmayıb, oyunu tribunadan izləyib). Maraqıdır ki, Zlatanı "San-Siro" stadionunda yerli azarkeşlər alqışlarla və çüarlarla yola saldlığı halda "Verona"nın azarkeşləri onu fitə basıblar. Lakin veronalıların bu jesti onu heç də narahat etməyib. Yerli azarkeşlərə gəlincə, onlar tribunalarda üzərinə "Godbye" (mənası "Əlvida, Allah" deməkdir) yazılmız lövhələ nümayiş etdiriblər. Xatırladaq ki, isveçli forvard dəfələrlə özünü "futbol Allahı" adlandırmışdı.
"Düzdür, bu vəziyyət mənim üçün çətindir. Hətta nəfəs almaq belə. Mənim "San-Siro"yla bağlı çox, həm də yaxşı xatirələrim var. "San-Siro" əvvəlcə mənə məhəbbət, sonra isə xöşbəxtlik hədiyyə etdi. Mən ilk öncə öz ailəmə səbr və dözüm nümayiş etdirdiyinə görə təşəkkür edirəm. Daha sonra özümə ikinci ailə hesab etdiyim komandanın oyunçularına, məşqçilərinə və bütünlüklə personanın hamısına təşəkkür edirəm. Sonda isə siz azarkeşlərə ürəkdən minnətdarlıq bildirirəm. Bəli, axır ki, vidalaşmağın vaxtı çatdı, amma sizinlə yox, futbolla" - Zlatan İbraqimoviç belə deyib.
Qeyd: Zlatan İbraqimoviç peşəkar futbola 1999-cu ildə başlayıb. O, "Milan"la yanaşı, "Malmö", "Ayaks", "Yuventus". "İnter", "Barselona". "PSJ", "Mançester Yunayted", "Los-Anceles Qalaksi" kimi klubların formasını geyinib. İbraqimoviç Vətəni İsveçin milli komandasında 122 oyun keçirib və 62 qola imza atıb. Ötən illər ərzində o, 34 titul qazanıb. 4 dəfə "Ayaks"la, 2 dəfə "Yuventus"la, 5 dəfə "İnter"lə, 5 dəfə "Barselona"yla, 3 dəfə "Milan"la, 12 dəfə "PSJ"ylə, 3 dəfə isə "Mançester Yunayted"lə.
O, "Milan"a döndüyü 3,5 mövsüm ərzində 64 matçda 34 qol vurub. 2021\22-ci illər mövsümündə isə İtaliya çempionu olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.