FUTBOL
-------------------
"Mançester Siti" Erlinq Haaldanla müqaviləni yeni şərtlərlə uzatmaq istəyir
2022\23-cü illər mövsümünü İngiltərə Premyer Liqasının qalibi olaraq başa vuran "Mançester Siti" klubu norveçli forvardı Erlinq Haalandla qüvvədə olan müqaviləsini yeni şərtlərlə uzatmaq istəyir. "The Telegraph"ın yaydığı məlumata görə, "şəhərlilər" bu variantla Haalandın başqa klublara, əsasən də ona israrla elçin düşən Madrid "Real"ına keçidini çətinləşdirmək niyyətindədir. Klub rəhbərliyi ümid edir ki, İngiltərə çempionu olmaq, İngiltərə Kubokunu qazanmaq və eləcə də UEFA Çempionlar Liqasına sahib çıxmaq Haalandın bu klubda qalması ehtimalını artıracaq.
Yeri gəlmişkən, 2027-ci ilədək müqaviləsi olan və hər həftəyə 400 min funt sterlinq əmək haqqı alan Haaland yenicə başa çatan mövsümdə meydana çıxdığı 52 oyunda (müxtəlif turnirlərdə) rəqib qapılarına eyni sayda qol vurub. İngiltərə Premyer Liqasında isə 40 oyunda 47 qol vurmaqla yeni rekorda imza atıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.