BASKETBOL. 3X3.
--------------------------------
"Neftçi" qadın basketbol klubu Şuşa turnirinə hazırlaşır
3X3 basketbolu üzrə "Neftçi" qadın klubu hazırda Novi Sad (Serbiya) şəhərində serbiyalı mütəxəssisin rəhbərliyi altında təlim-məşq toplanışını (TMT) davam etdirir. Toplantə iyun ayının 10-dək davam edəcək. Bu toplantı qarşıdakı 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə hazırlıq xarakteri daşıyır. Söhbət 12-13 iyun günlərində Şuşa şəhərində keçiriləcək turnirdən gedir. İki gün davam edəcək turnirdə ev sahibi olan Azərbaycanla yanaşı, Almaniya, Hollandiya, Rumıniya. Macarıstan yığması, eləcə də "Neftçi" (Azərbaycan) və "G flow.exe" (Yaponiya) klubu mübarizə aparacaq. Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları adıçəkilən şəhərin "Tut Bağında" keçiriləcək və CBC Sport telekanalı vasitəsilə basketbol sevərlərə təqdim olunacaqdır.
Xatırladaq ki, sözügedən turnirin birinci mərhələsi 10 komandanın (8 milli, 2 klub) iştirakı ilə 20-21 may aralığında Astara rayonunda keçirilmişdi.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.