GÜLƏŞ
----------------------
Turan Bayramov Bişkekdə Azərbaycan finalının qalibi olub
Azərbaycan reytinq xarakterli turnirdə 5 medal qazanıb
İyunun 1-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkekdə sərbəst və qadın güləşi üzrə reytinq xarakterli turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan komandası 1-i qızıl, 2-si gümüş və 2-si isə bürünc əyarlı olmaqla 5 medal qazanıb. Beş medaldan bir bürüncü qadın güləşçimiz - Jalə Əliyevanın (57 kq), qalanı isə sərbəst güləşçilərin payına düşüb. Yeganə qızıl medal həlledici finalda öz komanda yoldaşı Cəbrayıl Hacıyevi məğlub edən Turan Bayramovun (hər ikisi 74 kq) aktivinə yazılıb. Xatırladaq ki, Turan Bayramovla Cəbrayıl Hacıyev 2021-ci ildə Azərbaycan çempionatının, 2022-ci ildə isə Bolqarıstanda keçirilən beynəlxalq turnirin finalında üz-üzə gəlib. Həmin finallarda da Bayramov üstün olub. Bu çəkidə çıxış edən daha bir güləşçimiz, yarımfinalda Turan Bayramova məğlub olan Hacımurad Hacıyev isə turnirin bürünc medalını əldə edib. Bununla da Azərbaycan 74 kq-da bir dəst medal qazanıb.
Daha bir gümüş medal isə yalnız finalda büdrəyən Abubakr Abakarovun (86 kq) payına düşüb. Qeyd edək ki, turnirə qatılan 5 sərbəst güləşçimizdən yalnız Əli Rəhimova (65 kq) medalsız qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.