ŞAHMAT
---------------------------------------
Şəhriyar Məmmədyarov "Norway Chess"də Karuananı udub
Norveçin Stavanqere şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirakı ilə "Norway Chess" şahmat turniri keçirilir. 10 zəka sahibinin dairəvi sistem üzrə mübarizə apardığı turnirdə 5-ci tura yekun vurulub. Turun bizlər üçün diqqətçəkən oyunu həmyerlimiz Şəhriyar Məmədyarovla ABŞ təmsilçisi Fabiano Karuana arasında olub. Qeyd edək ki, həm reytinq baxımından, həm də ilk 4 turdan sonrakı nəticəyə əsasən Karuana (10.5 xalla vahid lider idi) qarşılaşmanın favoriti hesab edilirdi. Lakin bütün bunlara baömayaraq qarşılaşma Məmmədyarovun qələbəsi ilə bitib. Sayca 3-cü olan bu qələbədən sonra aktivindəki xalların sayını 4-dən 7-yə çatdırmaqla Məmədyarov yarış cədvəlində 9-cu pillədən birbaşa 5-ci yerə qalxıb. Qeyd edək ki, 9 turdan ibarət olan turnirdə Məmmədyarov və Karuana ilə yanaşı, Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Xikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aniş Qiri (Hollandiya), Domaracu Qukeş (Hindistan), Əlireza Firuzca (Fransa) və Nodirbek Abdusattarov (Özbəkistan) mübarizə aparır.
Qeyd: Reqlamentə əsasən qalibə 3 xal verilir. Heç-heçə qeyd edildikdə isə mübarizə "Armaqeddon"da davam edir. Burada isə udana 2. uduzana 1 xal verilir.
Тurnir cədvəli: Каruana – 10,5 xal, Nakamura – 9,5, Firuzca - 7,5, Qukeş, Мəmmədyarov – hərəyə 7, Каrlsen, So, Qiri, Abdusattarov - hərəyə 6 xal, Tari - 2 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.