CÜDO
-----------------------------
Düşənbə Qran-Prisinin son günü 3 təmsilçimiz mübarizəyə qatılıb
İki gün öncə Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə startı verilən və azərbaycanlı tatami ustalarının da qatıldığl reytinq xarakterli Qran-Priyə bu gün yekun vurulacaq. Turnirin son günündə 3 idmançımız mübarizəyə qatılıb. Artıq onlardan biri - Vüqar Talıbov (90 kq) mübarizəni dayandırıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ilk görüşündə Yeqor Vorapayevi (neytral komanda) məğlub edən Vüqar ikinci qarşılaşmasında ev sahibi olan Kamranşax Ustopiriona uduzub.
Həmin çəkidə çıxış edən digər təmsilçimiz - Elcan Hacıyevsə startda fransalı Loris Tossyeni məğlub edib.
+100 kq-da tatamiyə çıxan təmsilçimiz Camal Qamzatxanovsa ilk görüşünü ev sahiblərindən Şakarmamed Mirmammedova qarşı keçirəcək
Xatırladaq ki, turnirin ilk günü cüdoçularımızdan Turan Bayramovla (60 kq) Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfovsa (66 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.