TAEKVONDO
-------------------------------
Azərbaycan ev sahibliyi etdiyi DÇ-da uğursuzluq zolağından çıxa bilmir
Bu gün dayanq üzərinə çıxan taekvondoçularımız da əliboş qaldı
Mayın 29-da Bakıdakı "Krystal Holl"da kişu və qadın taekvondoçular arasında startı verilən 26-cı dünya çempionatı artıq ekvator xəttini keçərək finişə doğru yaxınlaşır. Geridə qalan 4 gün də medal hesabını aça bilməyən Azərbaycan komandası mundialın bu günə təsdüf edən 5-ci günündə də heç nə ilə fərqlənə bilməyib. Beləki, dünya çempionatının 5-ci günü dayanq üzərinə çıxan taekvondoçularımız - Səyad Dadaşov (54 kq) və Minayə Əkbərova (46 kq) da özlərindəın əvvəl mübarizəyə qatılan və fiaskoya uğrayan komanda yoldaşlarından heç nə ilə fərqlənməyiblər. Ev sahibi olaraq, birinci mərhələdən azad olub mübarizəyə yalnız ikinvi mərhələdən 1\16 finaldan qatılan Sayad Dadaşov elə start görüşündəcə özbəkistanlı Omoncon Otandconova məğlub olaraq (iki raundda) mundialla tez bir zamanda vidalaşıb.
Dadaşovun ardından doğma publika qarşısında dayanq üzərinə Minayə Əkbərova da uzaq gedə bilməyib. Mübarizəyə qatıldığı 1\16 finalda yaponiyalı Ryuka Okamoto ilə qarşılaşan Minayə rəqibin müqavimətinə tab gətirə bilməyib. Asiya təmsilçisi ilə iki raundda məğlıub olan Əkbərova mundialla salamlaşdığı kimi də sağollaşıb.
Cox təəssüfləndiricidir ki, Azərbaycan yığması ev sahibliyi etdiyi dünya çempionatənın ilk beş günündə bir dənə də olsun medala qazana bilməyib. Bu günü nəzərə almasaq, mundialın bitməsinə isə cəmi iki gün qalıb.
Xatırladaq ki, mundialın geridə qalan ilk 3 günündə Azərbaycan yığmasının 7 üzvü - Cavad Ağayev (68 kq), Qaşim Maqomedov (58 kq), Fəridə Əzizova (67 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Xanoğlan Kərimov (63 kq) dayanq üzərinə çıxıb və hamısı da fiaskoya uğrayaraq, mundialla erkən və əliboş vidalaşıb. Bu gün isə uğursuzlarımızın siyahısına daha ikici - Sayad Dadaşovla (54 kq) Minayə Əkbərova (46 kq) əlavə olunub.
Azərbaycan da daxil olmaqla 145 komandanın heyətində yer alan 949 dayanq ustasının mübarizə apardığı dünya çempionatına iyunun 4-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.