ŞAHMAT
------------------------------
Şəhriyar Məmmədyarov "Norway Chess"də Qukeşə qarşı oynayacaq
Norveçin Stavanqere şəhərində şahmat üzrə keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da qatıldığı "Norway Chess" turniri davam edir. Bu gün yarışda 3-cü turun partiyaları oynanacaq. Qeyd edək ki, startda ev sahibi Aryan Tarini yalnız "Armaqeddon"da udan və ikinci turda isə Fransa təmsilçisi Əlireza Firuzcaya uduzan Məmmədyarov hesabat turunda hindistanlı Domaracu Qukeşlə qarşılaşacaq. Yeri gəlmişkən, ilk iki oyundan sonra Məmmədyarov Maqnus Karlsenlə birlikdə 1,5 xalla 8-9-cu yerləri bölüşür. Turnirdə 10 şahmatçı mübarizə aparır. Bu onluqda isə Məmədyarovla yanaşı, Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Xikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Aniş Qiri (Hollandiya), Domaracu Qukeş (Hindistan), Əlireza Firuzca (Fransa) və Nodirbek Abdusattarov (Özbəkistan) yer alıb.
Qeyd: reqlamentə əsasən qalibə 3 xal verilir. Heç-heçə qeyd edildikdə isə mübarizə "Armaqeddon"da davam edir. Burada isə udana 2. uduzana isə 1 xal verilir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.