FORMULA-1
-----------------------
Monakoda da Maks Ferstappen birinci olub
Formula-1 üzrə dünya çempionatında daha bir Qran-Pri keçirilib. Söhbət Monte-Karloda baş tutan sayca 6-cı olan Monako Qran-Prisindən gedir. Maraqlıdır ki, bu mərhələ yarışında da Maks Ferstappen "Red Bull" qalib gəlib. Bu onun cari mövsümdə 4-cü qələbəsidir. Bu qələbədən sonra Maks aktivindək xalların sayıni 144-ə çatdırmaqla ən yaxın izləyicisi olan öz komanda yoldası Serxio Peresi ("Red Bul") 39 xal geridə qoyub. Yeri gəlmişkən, cari mövsümün 6 Qran-Prisindən ikisinin qalibi olan Peres Çonakoda finişə 16-cı sırada çatıb.
Yürüşdə ikinci yeri Ferstappendən +27,921 saniyə geri qalan Fernando Alonso ("Aston Martin") tutub. İlk üçlüyü isə qalibdən +36,990 saniyə geri qalan "Alpinin sürücüsü Esteben Okon tamamlayıb. Nə qədər təəccüblü də olsa 7 qat dünya çempionu +39.062 saniyə geri qalmaqla finişə 4-cü çatıb. Onun təqibçisi isə öz komanda yoldaşı Corc Rassell olub. Ümumiyyətlə, yürüşə qatılan 20 pilotdan yalnız ikisi mübarizəni yarımçıq qoyub.
Pilotların yarış cədvəlindəki mövqeləri Top-10:
1. Maks Ferstappen ("Red Bull") – 144 xal
2. Serxio Peres ("Red Bull") – 105
3. Fernando Alonso ("Aston Martin") – 93
4. Lyuis Haemilton ("Mersedes") – 69
5. Corc Rassell ("Mersedes") – 50
6. Karlos Sayns ("Ferrari") – 48
7. Şarl Lekler ("Ferrari") – 42
8. Lans Stroll ("Aston Martin") – 27
9. Esteben Okon ("Alpin") – 21
10. Pyer Qasli ("Alpin") – 14
Komandaların turnir vəziyyəti:
1. "Read Bull" – 249 xal
2. "Aston Martin" – 120
3. "Mersedes" – 119
4. "Ferrari" – 90
5. "Alpin" – 35
6. "Maklaren" – 17
7. "Xaas" – 8
8. "Alfa Romeo" – 6
9. "Alfa Tauri" – 2
10. "Vilyams" – 1
Qeyd: Sayca 7-ci olan növbəti Qran-Pri iyunun 4-də İspaniyada keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.