TAEKVONDO
--------------------------------------
Taekvondoçularımızın üçü də mundialda ilk döyüşlərini qələbəylə bitirdi
Bakıdakı "Krystal Holl" Arenada kişi və qadın taekvondoçular arasında keçirilən 26-cı dünya çempionatının üçüncü günü yığmamızın üzvləri üçün uğurlu başlayıb. Belə ki, bu gün dayanq üzərinə çıxan hər üç taekvondoçumuz ilk döyüşünü qələbə ilə başa vuraraq, növbəti mərhələyə adlayıb.
Bu gün dayanq üzərinə çıxan təmsilçilərimizdən Ələsgər Əliyev (80 kq) mübarizəyə qatıldığı 1\16 finalda Qabon idmançısı Ababakar Sumare ilə qarşılaşıb. İlk kik raundları 4:0 hesablı üstünlüklə baça vuran Əliyev adını 1\8 finalçılar sırasına yazdırıb. Onun növbəti rəqibi kolumbiyalı Miqel Treyos olacaq.
Əliyevin ardından dayanq üzərinə çıxan təmsilçimiz Patimat Abakarova (49 kq) da Arenaya toplaşan pərəstişkarlarını sevindirdi. 1\16 finaldan mübarizəyə başlayan Patima yaponiyalı Çinı Murakamini mübarizədən uzaqlaşdırıb. Qeyd edək ki, döyüşün birinci raundunda qalib gəlib, ikinci raundda uduzan Patimat üçüncü - həlledici raundda da qalib gəlməklə (2:1) 1\8 finala yüksəldi. Taekvondoçumuz bu mərhələdə qazaxıstanlı Botaqez Kapanovayla qarşılaşacaq. Nəhayət ki, bu gün dayanq üzərinə çıxan digər təmsilçimiz - Taleh Süleymanov (87 kq) da özündən əvvəlki komanda yoldaşları kimi ilk qələbəsi ilə yerli publikanı sevindirdi. Süleymanov isə 1\8 finala çıxmaq üçün belçikalı Manuel Polledən üstün oldu. O, dalbadal iki raundu udaraq məsələni öz xeyrinə həll etdi - 2:0.
Günün ikinci sessiyasında taekvondoçularımız növbəti döyüşlərini keçirəcəklər.
Qeyd edək ki, 145 komandanı təmsil edən 949 dayanq ustasının qatıldığı dünya çempionatı davam edir. Çempionata iyunun 4-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.