FUTBOL
-------------
Messinin qapısını döyən "elçilərin" sayı çoxalıb
Hazırda şərəfini qoruduğu "PSJ" (Fransa) klubu ilə müqaviləsi başa çatmaqda olan və hələ də gələcək karyerasını harada davam etdirmək haqda qərar verməkdə çətinlik çəkən argentinalı forvard Lionel Messinin qapısını döyən "elçilər"in sayı birdən birə çoxalıb. "Ole" nəşrinin yaydığı məlumata görə, 35 yaşlı forvard İnmgiltərə Premyer Liqasından (İPL) da təklif alıb. Bununla yanaşı, ona Səudiyyə Ərəbistanının "ƏL-Xilal"ı və Mayaminin "İnter"i də "elçi" düşüb. Leo isə deyəsən İPL-ia, özü də Avrokuboklarda çıxış edəcək klublardan birinə keçmək niyyətindədir.
Bu arada "Barselona" klubunun baş məşqçisi Xavi də Messiya mesaj atıb. "Bəli, "Barsa"nın qapısı Messi üçün həmişə açıqdır. Hər şey onun öz qərarından asılıdır. Bilmirəm, o indi buna təəccüb edəcək, ya yox. Amma onu bilirəm ki, özünü bütün titulları qazanan bir oyunçunun yerində qoymaq çox çətindir" - Xavi belə deyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.