TAEKVONDO
--------------------------------
Bakıda keçirilən DÇ-da bu gün 3 taekvondoçumuz mübarizəyə qatılacaq
Mayın 29-da Bakıdakı "Krystal Holl"da startı verilən taekvondo üzrə 26-cı dünya çempionatı davam edir. Ev sahibi Azərbaycan da daxil olmaqla 145 komandanın 949 taekvondoçu ilə təmsil olunduğu çempionatın bu günə təsadüf edən 3-cü günü çəkisi 80 və 87 kq olan kişilər, eləcə də 49 kq çəki dərəcəsində döyüşən qadınlar dayanq üzərinə çıxacaqlar. Azərbaycan Taekvondo Federasiyasından aldığımız məlumata görə, bu gün daha üç idmançımız mübarizəyə qatılacaq. 80 kq-da Ələsgər Əliyev, 87 kq-da Taleh Süleymanov, 40 kq çəkidə isə Patimat Abakarova doğma publika qarşısında öz bacarığını göstərməyə çalışacaq.
İkinci mərhələdən mübarizəyə qatılacaq Ələsgər Əliye ilk döyüşünü Ababakar Sumare (Seneqal)- Teddi Lesakolo (Qabon) cütünün qalibinə qarşı keçirəcək. Taleh Sülemanov da mübarizəyə ikinci mərhələdən qatılacaq. O, Manuel Polle (Belçika) - Laurentsiu Snakov (Rumıniya) qarşılaşmasının qalibini sınağa çəkəcək. Patimat Abakarovaya gəlincə, onun ilk rəqibi Çina Murakami (Yaponiya) və Yenna İllonen (Finlandiya) cütünün qalibi olacaq.
Xatırladaq ki, ilk iki gündə 3 dayanq ustamız mundialda mübarizəyə qatılıb və hər üçü fiaskoya uğrayıb. Birinci gün 1\32 finalı qələbə ilə bitirən Cavad Ağayev (68 kq) 1\16 finalda, mundialın ikinci günü isə Qaşim Maqomedovla (58 kq) Fəridə Əzizova (67 kq) isə elə mübarizəyə qatıldığı 1\32 finalda məğlub olaraq, mübarizəni erkən dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.