FUTBOL
------------------------
Messi bir qərara gələ bilmir
"Barsa"ya dönmək haqda isə düşünmür
Argentinalı futbol ulduzu Lionel Messi hazırda şərəfini qoruduğu "PSJ" (Paris, Fransa) klubu ilə daha bir çempionluq titulu qazanıb. Çempionluqlara adət edən 35 yaşlı forvardın Paris təmsilçisi ilə qüvvədə olan müqaviləsi bu ilin yayında bitəcək. Di gəl ki, o, hələ də gələcək karyerasını harada davam etdirəcəyi ilə bağlı heç bir qərara gələ bilmir. "Mundo Deportivo"nun əməkdası Fernando Polo və Jerar Romeronun sözlərinə görə, dilemmada qalmaq artıq Messini yorub. Ona görə də Leo yaxın günlərdə son və qəti qərarını verəcək. Bu xəbərin Messinin yaxın ətrafından sızdığını qeyd edən Romero daha sonra onu da bildirib ki, Leo hazırda "Barselona"ya və La Liqaya dönmək variantını düşünmür. Çünki onun əlində "Barsa"ya dönməklə bağlı tutarlı heç bir əsası yoxdur. Həm də o "Barsa"nın onu tarnsfer edəcəyinə də inanmır.
Qeyd edək ki, hazırda Messi Səudiyyə Ərəbistanının "Əl-Xilal" klubundan təklif alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.