Taekvondo
------------------------------------
Qaşim Maqomedov da mundialla erkən vidalaşıb
Ümidlər Fəridə Əzizovaya yönəlib
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Azərbaycan da daxil olmaqla 145 komandanı təmsil edən 949 dayanq ustasının medallar uğrunda mübarizəyə qatıldığı çempionatın bu günə təsadüf edən ikinci günü kişilər 58, qadınlarsa 67 və 73 kq çəki dərəcələrində döyüşəcəklər. Bu gün iki taekvondoçumuz dayanq üzərinə çəxacaqdı ki, artıq bunlardan da biri - Qaşım Maqomedov (58 kq) mübarizyə başlayıb. Birinci mərhələdən azad olan Maqomedov 1\32 finalda Çin təmsilçizi Kay Çenqlə qarşılaşıb. Təəssüflər olsun ki, Maqomedov dqğma divarlar arasında heç də yaxşı çıxış etməyib. Birinci raunddaca rəqibdən güclü baş zərbəsi alan idmnçımız raundu 5:10 hesabla məğlub durumda tərk edib. İkinci raundda o, təşəbbüsü ələ almağa çalışsa da buna nail ola bilməyib və ikinci raundda da rəqibdən zəif olub - 13:14. Bununla da o, Azərbaycanın ev sahibliyi etdiyi mundialla erkən vidalaşmalı olub. Xatırladaq ki, dünən tatamiyə çıxan taekvondoçumuz Cavad Ağayev (68 kq) də Çin təmsilçisinə uduzmuşdu (1\16 finalda). Bu gün daha bir təmsilçimiz - qadın yığmamızın lideri Fəridə Əzizova (67 kq) da mübarizəyə başlayacaq. Komandamızın lideri mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.
Bu gün mundialda çəkisi 73 kq olan qadınlar da mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.