Futbol
----------------------
İngiltərə Premyer Liqasına yekun vurulub
"Mançester Siti", "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" ÇL-da mübarizə aparacaq
Dünən baş tutan 38-ci turun oyunları ilə İngiltərə Premyer Liqasında 2022\23-cü illər mövsümünə yekun vurulub. Bununla da həm İngiltərə çempionatının mükafatçəları, həm gələn məvsüm bu ölkəni Avrokuboklarda (UEFA Çempionlar Liqası, Avropa Liqası vı Konferensiya Kuboku) təmsil edən, həm də Premyer liqanı tərk edən klublar müəyyənləşib. Turnir cədvəlində ilk 4 yeri tutan "Mançester Siti" (89 xal), "Arsenal" (84 xal), "Mançester Yunayted" (75 xal) və "Nyukasl" (71 xal) gələn məvsüm UEFA Çümpionlar Liqasında, 5-6-cı yerləri tutan "Liverpul"la (67 xal) "Brayton" (62 xal) Avropa Liqasında, 7-ci olan "Aston Villa" (61 xal) isə Konferensiya Kubokunda iştirak edəcək. İngiltərənin daha bir klubu - 40 xalla mövsümü 14-cü pillədə bitirən "Vest Hem" də bu mövqeyindən asılı olmayaraq, gələn mövsüm Avropa Liqasına qatıla bilər. Təbii ki, bunun üçün "Vest Hem" iyunun 7-də Konferensiya Kubokunun finalında "Fiorentino"nu (İtaliya) udmalıdır.
"Lester"lə (31 xal) "Lids" (25 xal) isə Premyer Liqanı tərk edib. Mövsümün ən maraqlı və diqqət çəkən məqamlarından biri "Çelsi" klubunun 44 xalla yarış cədvəlində 12-ci yeri tutması olub. Bu Londonun "Zadəganlar" klubu üçün son 29 ildə ən zəif nəticədir. 35 il öncə isə "Çelsi" hətta liqanı tərk etmişdi.
Çempionatın son turuna gəlincə, turun ən çox qol vurulan oyunu "Sauthempton" - "Liverpul" oyunu olub - 4:4. "Topçular" adıyla tanınan "Arsenal" isə doğma divarlar arasında "Vulxerhempton"u sözün əsil mənasında top atəşinə tutub - 5:0. Çempionluğu hələ bir neçə tur öncədən özünə təmin edən "Mançester Siti" isə onun üçün formal xarakter daşıyan səfər matçında "Brendford"a məğlub olub - 1:0.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.