TAEKVONDO
-----------------------------
Bakıda keçiriləcək dünya çempionatının ilk gününün püşkü atılıb
Mundialda ilk dayanqa cıxanımız Cavad Ağayev olacaq
Mayın 29-da Bakıda kişi və qadın taekvondoçuların dünya çempionatına start veriləcək. Xəbər verdiyimiz kimi iyunun 4-dək "Krystal Hall" Arenada davam edəcək mundialda biri Dünya Taekvondo Federasiyasının qaçqın komandası olmaqla 145 kollektivi təmsil edən 949 dayanq ustası medallar uğrunda mübarizə aparacaq. Artıq start günü mübarizyə qatılacaq dayanq ustalarının püşkü atılıb. Azərbyacan Tekvondo Federasiyasından verilən məlumata görə, mundialın sabaha təsadüf edən start günü kişilər 68, qadınlarsa 57 kq çəki dərəcəsində dayanq üzərinə cıxacaqlar. 68 kq-da 87, 57 kq-da isə 59 taekvondoçu dayanq üzərinə çıxaraq medallar uğrunda mübarizə aparacaq.
Sabah ilk dayanq üzərinə çıxan təmsilçimiz Cavad Ağayev (68 kq) olacaq. 1\32 finaldan mübarizəyə qatılacaq həmyerlimizin rəqibi Eldar Kurmanaliyev (Qırğızıstan) - Solomon Tefera (Efiopiya) cütünün qalibi olacaq.
Bakı "Krystal Hall"da keçiriləcək döyüşlərə saat 09:00-da start veriləcək. Yarışda yarımfinal görüşləri isə saat 18:30-da başlayacaq. Mundialın rəsmi açılış mərasimi saat 16:30-da start götürəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.