ŞAHMAT
---------------
Günay Məmmədzadə FİDE Qran-Prisini 5,5 xalla 6-cı pillədə başa vurub
Kiprin Nikosii şəhərində qadın şahmatçılar arasında keçirilən və mükafat fondu 80 min avro təşkil edən FİDE Qran-Prisinin sonuncu (4-cü) mərhələsi bu gün baş tutan 11-ci turla sona çatıb. 12şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı bu turnirdə ölkəmizi təmsil edən Günay Məmmədzadə son turda isveçrəli Aleksandra Kostenyukla qarşılaşıb. Qarşılaşma sülh şəraitində bitdiyindən rəqbləa hərəyə 0,5 xalla kifayətləniblər. Bu Məmmədzadənin bəlli turnirdə 7-ci heç-heçəsi olub. Beləliklə 2 oyunu uduzmaqla 7 oyunda sülh bağlayıb ikisində qalib gələn Məmmədzadə turniri 5,5 xalla 6-cı (6-8-ci yerlər) pillədə başa vurub. Turnirin qalibi adını isə 7 xalla almaniyalı Dinara Vaqner qazanıb.
Yeri gəlmişkən, turnirin 80 min avroluq mükafatı Nikosiidə ilk 8 yeri tutan şahmatçılar arasında bölüşdürüləcək. Bir məqamı da qeyd edək ki, FİDE Qran-Prisi 4 mərhələdən ibarətdir. Umimi nəticədə ilk 2 yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq. Məmmədzadə bu mərhələ yarışlarının yalnız sonuncusunda iştirak edib. Reqlamentə görə isə, hər bir iştirakçı 4 mərhələdən 3-də iştirak edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.