CÜDO
-------------------------------
Avstriya Qran-Prisinin son günü cüdoçularımız üçün uğursuz olub
Azərbaycan 3 medalla sıralanmada 10-cu olub
Mayın 25-də Acstriyanın Lintse şəhərində kişi və qadın çüdoçular arasında startı verilən və Azərbaycan yığmasının 12 (3 qadın, 9 kişi) cüdoçu ilə qatıldığn Qran-Priyə bu gün yekun vurulub. Turnirin son günü iki təmsilçimiz - Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) tatamiyə çıxıb. Təəssüflər olsun ki, hər iki cüdoçumuz fiaskoya uğrayaraq, turnirlə erkən və əliboş vidalaşıb. Elcan el startdaca belçikalı Karel Fuberə, ilk görüşündə ispaniyalı Dabiel Nyetonu üstələyən Murad Fətiyevsə ikinci qarşılaşmada ev sahibi Tomas Şarfetterə uduzub.
Xatırladaq ki, Azərbaycan yığması turnirin birinci günü 2 (-0-1-1), ikinci günü isə 1 (0-1-0) medal qazanmışdı. Kamran Süleymanovla (66 kq) Rəşad Məmmədəliyev (73 kq) yalnız finalda büdrəyərək gümüş, Gültac Məmmədliyeva (52 kq) isə üçüncü yeri tutmaqla bürünc medal qazanıb. Beləliklə, Azərbaycan üç gün davam edən və 72 ölkəni təmsi edən 455 (272 kişi, 183 qadın) cüdoçunun qatıldığı Avstriya Qran-Prisini 3 (0_2-1) medalla 10-cu pillədə başa vurub. Medal sıralanmasında ilk 3 yeri Yaponiya (2-1-2), İspaniya (1-1-1) və Hollandiya (1-0-1) tutub.
Cüdoçuların növbəti yarışı 2-4 yun günlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Qran-Pri olacaq. Həmin yarışda 44 ölkənin 321 (181 kişi, 140 qadın) cüdoçusu mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.