QILINCOYNATMA
----------------------------
Gənc müşketyorlarımız AÇ-nın pley-offunda büdrəyiblər
Macarıstanın paytaxtı Budapeşt şəhərində 23 yaşadək qılıncoynadanların Avropa çempionatı keçirilir. Çempionarda Azərbaycandan olan müşketyorlar da iştirak edirlər. İlk olaraq şpaqaçılar şəxsi yarışlarda mübarizə aparıblar. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla başa vuran Ruslan Həsənov (5 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlməyi bacarıb.
Ruslan Həsənov ilk pley-off görüşündə polşalı Bartlomiej Szurlejə 15:13 hesabı ilə qalib gələrək ən güclü 32-liyə vəsiqə qazanıb. Di gəl ki, Ruslan bu mərhələdə avstriyalı Jan Şçuhmanna 10:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Eyni nəticəni Barat Quliyev də təkrarlayıb. İlk pley-off görüşündə Almaniya təmsilçisi Hendrik-Kilian Kolditzi (15:13) mübarizədən kənarlaşdıran Barat növbəti görüşündə turnirin finalçısı fransalı Billa Gaetana məğlub olub - 11:15.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.