CÜDO
-----------------------------
Rəşad Məmmədəliyev Avstriya Qran-Prisində ikinci olub
Avstriyanın Lintse şəhərində kişi və qadın cüdoçular arasında keçirilən və azərbaycanlı tatami ustalarının da qatıldığı Qran-Pri davam edir. Turnirin bu günə təsadüf edən 2-ci günü 3 təmsilçimiz mübarizəyə qatılıb. Onlardan yalnız biri - Rəşad Məmmədəliyev daha uğurla çıxış edərək Qran-Prinin finalına yüksəlib. O, finala gedən yolda Daniel Fernandez Süqado (İspaniya), Dominika Rodriqes (ABŞ), Koena Xeqa (Hollandiya), Petru Pelivana (Moldova) və Adıl Osmanovu (Moldova) məğlub edib. Finalda isə Məmmədəliyev İzrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Görüşün əsas hissəsində rəqiblərdən heç biri fərqlənə bilmədiyi üçün mübarizə qızıl xal prinsipi üzrə davam edib. Maraqlıdır ki, rəqiblər əlavə 9 dəqiqədən çox bərabər səviyyədə güləşiblər. Sonda hakimlər qələbəni İzrail təmsilçisinə veriblər. Nəticədə Məmmədəliyev Qran-Prini ikinci yerdə başa vurmaqla gümüş medalla kifayətlənib.
Bu gün tatamiyə çıxan digər təmsilçilərimizə gəlincə, Rəşadla eyni çəkidə güləşən Nurlan Osmanov start görüşündə Telma Qomeşi (Portuqaliya) üstələsə də növbəti qarşılaşmada ispaniyalı Xose Arandeni keçə bilməyib. 81 kq-da mübarizə aparan Zülin Tskayevsə elə startdaca almaniyalı Dominika Rosselə uduzub.
Xatırladaq ki, Qran-Prinin ilk günü 7 cüdoçumuz mübarizəyə qatılmışdı ki, onlardan da Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc. medal qazanmışdı. Bununla da Azərbaycan yığması iki gündən sonra aktivinə ikisi gümüş, biri bürünc əyarlı olmaqla 3 medal yazdırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.